Icma.az
close
up
RU
“Avroviziya”: “Mamagama” qrupunun üzvləri kimə azarkeşlik edir?

“Avroviziya”: “Mamagama” qrupunun üzvləri kimə azarkeşlik edir?

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün İsveçrənin Bazel şəhərində “Avroviziya 2025” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq. Azərbaycan təmsilçisi olan “Mamagama” qrupu yarımfinalın ikinci hissəsində 10 nömrə altında səhnəyə çıxacaq. Qrupun Asəf Mişiyev, Həsən Heydər və Arif İmanovdan ibarət üzvləri "Run with U" mahnısını ifa edəcəklər.

Avroviziya təmsilçilərimizin idmanla da araları çox yaxşıdır.

İdman.biz “Mamagama” qrupunun üzvləri ilə söhbəti təqdim edir.

Futbol azarkeşi olan “Mamagama”nın solisti Asəf Mişiyev idmanın bir çox növləri ilə maraqlanır: “Altı yaşımdan İtaliyanın “İnter” klubunun azarkeşiyəm. Əynimdəki formanı iki ay gözləmişəm. Orijinal 1998-ci ilin formasıdır. “İnter”ə bütün qəlbimlə bağlıyam. Komandamız uduzanda onlara hirslənirəm, ancaq bir gün keçən kimi yenidən sevməyə başlayıram. İllər boy “İnter”in tarixinə dair bir çox mənbələri araşdırmışam, ən çox da onların tarixinə vurulmuşam. Xüsusilə də İkinci Dünya Müharibəsi dövründə komandanın sərgilədiyi mövqe mənim diqqətimi çəkir. “İnter” həmişə demokratik komanda olub. Mənim üçün artıq bir fərqi yoxdur, onlar çempion olur, yoxsa yox. Məsələn, bu komanda “Barselona”, “Real Madrid”, "Mançester Siti" kimi həmişə qalib olub böyük titullar qazanmır. Buna baxmayaraq, həmişə bu komandanı sevmişəm və sevirəm. Böyük komandalar üçün “İnter” böyük problem olmağı bacarıb”.

O bildirib ki, Azərbaycan klublarından “Neftçi”ni dəstəkləyir: “Bakılı olduğum üçün “Neftçinin yeri mənim üçün bir başqadır. Həmçinin kiberidman azarkeşiyəm. Özüm professional şəkildə məşğul ola bilməsəm də, çempionatlarını daim izləyirəm. Çox istərdim ki, bizdə də böyük və professional komandalar olsun. Bəlkə indi də belə komandalar var, ancaq biz onları tanımırıq. Musiqiçi olmaq məndən alınsa da, kiberidman alınmadı. Bu işlə gərək uşaqlıqdan məşğul olasan. Gələcəkdə övladım desə ki, ata bu sahə ilə məşğul olmaq istəyirəm, ona əlimdən gələn dəstəyi göstərərəm. Bəzən valideynlər övladlarının kompüter oyunları ilə çox maraqlandığını görüb narahat olur və başqa sahəyə yönləndirməyə çalışırlar. Halbuki həmin uşaq böyüyəndə yaxşı kiberidmançı ola bilər. Bu sahə kifayət qədər perspektivlidir, qazanc da yüksəkdir. Bunu çempionatların mükafat fonduna baxanda görə bilərsiniz. Çox istəyərdim ki, ölkəmizdə kiberidman inkişaf etsin, çempionatlar keçirilsin. Sponsorlar da bu sahəyə diqqət göstərsinlər. Belə olan halda kiberidmana maraq artacaq və yeni komandalar meydana çıxacaq. Rəqabət inkişaf üçün olduqca vacib faktordur”.

Gitara ifaçısı Həsən Heydər isə qaydasız döyüşlə maraqlanır: “Uşaq vaxtı “Barselona” azarkeşi idim. Məktəbi bitirəndə isə artıq “Tottenhem”i dəstəkləyirdim. 2010-2011-ci illərdən sonra nədənsə futbol izləməyə son qoydum. Futbol artıq mənim üçün öz marağını itirdi. O vaxtdan daha çox UFC və MMA-ya həvəs yarandı. Daim izlədiyim azərbaycanlı MMA döyüşçüləri var. Bunlara misal olaraq Rafael Fiziyevin və Tofiq Musayevin adını çəkə bilərəm. Tofiqin döyüşü mənim çox xoşuma gəlir. O, çox sürətli və cəlddir”.

Barabançı Arif İmanov idmanla məşğul olmağı izləməkdən üstün tutur: “Uzun müddət basketbol və üzgüçülüklə məşğul olmuşam. Baraban ifa etmək özü də idman kimi ağır fiziki məşğuliyyətdir. Vaxtım olduqca zala gedirəm. Bir sözlə, idmanı çox sevirəm”.

Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:307
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 May 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri