Avstraliyada ilk Disneyland tikiləcək
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avstraliyanın Melburn şəhərinin rəhbərliyi turistləri cəlb etmək üçün ölkədə ilk "Disneyland" əyləncə parkını tikmək niyyətindədir.
Oxu.Az "Herald Sun" qəzetinə istinadən xəbər verir ki, bu barədə şəhərin lord meri Salli Kepp məlumat verib.
O, koronavirus pandemiyasından sonra Melburnun ölkənin turizm paytaxtı kimi reputasiyasını bərpa etməli olduğunu və "Disneyland"ın bunun üçün ideal olacağını bildirib.
Melburnun cənub-qərbində "Down Under Disney" kompleksi üçün torpaq sahəsi ayrılıb.
Yeni "Disneyland"ın Melburndan 50 km cənub-qərbdə, Port-Fillip sahillərində yerləşən Cilonq şəhərində tikiləcəyi gözlənilir. Xaricdən gələn qonaqlar üçün Melburnun mərkəzindən əyləncə parkına qədər dəmiryol xətti uzadılacaq və səyahət müddəti 30 dəqiqədən çox olmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 29 Mart 2025 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















