Icma.az
close
up
RU
Avstraliyanın “Qantas” aviaşirkətində ən böyük məlumat sızması baş verib

Avstraliyanın “Qantas” aviaşirkətində ən böyük məlumat sızması baş verib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 iyul, AZƏRTAC

Avstraliyanın “Qantas” aviaşirkəti kiberhücuma məruz qalıb, nəticədə 6 milyon müştərinin məlumatları ələ keçirilib.

AZƏRTAC xəbər verir ki, bu, “Optus” telekommunikasiya şəbəkələri operatoru və tibbi sığorta üzrə lider olan “Medibank” şirkətinə edilən hücumlardan sonra Avstraliyada baş vermiş ən böyük məlumat sızmasıdır.

“Reuters” agentliyinin məlumatına görə, “Qantas” şirkətinin çərşənbə günü yaydığı açıqlamada bildirilir ki, hakerlər çağrı mərkəzinə hücum edərək altı milyon müştərinin adı, elektron poçt ünvanı, telefon nömrəsi, doğum tarixi və tez-tez uçan sərnişinlərin nömrələrini özündə saxlayan kənar platformaya giriş əldə ediblər.

Aviaşirkət çağrı mərkəzinin və ya məlumatları sızan müştərilərin harada yerləşməsi barədə məlumat verməyib. Bildirilib ki, kənar platformada qeyri-adi aktivlik aşkar edildikdən sonra dərhal tədbirlər görülüb və sızmanın qarşısı alınmağa çalışılıb.

Ötən həftə ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) bəyan edib ki, kibercinayətkar “Scattered Spider” qrupu aviaşirkətləri hədəfə alıb. “Hawaiian Airlines” və Kanadanın “WestJet” şirkətləri artıq pozuntular barədə məlumat verib. “Qantas” isə heç bir qrupun adını çəkməyib.

“Bu tendensiyanın miqyası və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, xüsusilə də “Qantas” şirkətinin sonuncu qurban olduğu barədə yeni xəbərlər xüsusi narahatlıq doğurur”, – deyə kibertəhlükəsizlik sahəsində ixtisaslaşan “Arctic Wolf” şirkətinin Avstraliya üzrə təhlükəsizlik direktoru Mark Tomas bildirib.

“Scattered Spider” hakerləri adətən özlərini şirkətin texniki heyəti kimi təqdim edərək əməkdaşların parollarını əldə etməyə çalışırlar və Tomasın sözlərinə görə, çox güman ki, bu dəfə də oxşar sxemdən istifadə ediblər.

“Qantas” şirkətinin səhmlərinin dəyəri günorta keçirilmiş ticarət sessiyasında 2,4 faiz ucuzlaşıb, halbuki ümumi bazar indeksi 0,8 faiz artıb.

Bu hadisə “Qantas” şirkətinə istənilməyən diqqəti cəlb edir. Belə ki, şirkət COVID-19 pandemiyası zamanı və ondan sonrakı dövrdə gördüyü tədbirlərdən sonra ictimai etimadı bərpa etməyə çalışır.

Qeyd edək ki, sərhədlərin bağlanması zamanı “Qantas” minlərlə əməkdaşını qanunsuz şəkildə işdən azad edib, eyni zamanda, dövlətin verdiyi stimullaşdırıcı ödənişlərdən yararlanıb. Şirkət, həmçinin artıq ləğv edilmiş reyslərə minlərlə bilet satdığını da etiraf edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri