Icma.az
close
up
RU
Avtobus dayanacaqlarına niyə ad qoyulmur? Rəy

Avtobus dayanacaqlarına niyə ad qoyulmur? Rəy

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda ictimai nəqliyyatın təşkili sahəsində müasir texnologiyalardan istifadə artsa da, hələ də müəyyən praktik məsələlər öz həllini tapmayıb. 


Sfera.az xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev bu mövzuda maraqlı məqama toxunub. Onun fikrincə, ölkədəki avtobus dayanacaqlarının adlandırılmaması sərnişinlər, xüsusilə də turistlər üçün çətinlik yaradır.


“Xarici ölkələrdə, xüsusilə Avropada avtobus dayanacaqlarının konkret adlarla adlandırılması geniş yayılıb. Bu həm yerli əhali, həm də şəhərlə yeni tanış olan əcnəbilər üçün ciddi rahatlıq yaradır”, – deyə Samir Əliyev bildirib.


Ekspertin sözlərinə görə, “Google Maps” və digər naviqasiya tətbiqlərindən istifadə edən sərnişinlər üçün dayanacaq adlarının olması olduqca vacibdir:

“Xəritə tətbiqləri dayanacaq adları ilə işləyir. Dayanacaqda hansı istiqamətdə hansı marşrutun keçdiyini anlamaq üçün bu məlumatlar çox kömək edir”.


Bəziləri bütün dayanacaqlara ad tapmağın çətin olduğunu iddia edə bilər. Lakin S.Əliyev qeyd edir ki, əslində kart sistemi ilə işləyən bütün avtobusların monitorlarında dayanacaqlar şərti adlarla göstərilir:

“Bu adlar çox vaxt həddindən artıq uzundur və əcnəbi turistlər üçün anlaşılmazdır. Halbuki qısa və məntiqli adlandırma sistemi ilə həm yerli əhali, həm də turistlər üçün naviqasiya prosesi asanlaşdırıla bilər”.


Ekspert qeyd edir ki, bu məsələni müvafiq dövlət qurumları, xüsusilə Bakı Nəqliyyat Agentliyi və ya AYNA kimi qurumlar gündəmə gətirə bilər. “Əgər məqsəd ictimai nəqliyyatı daha funksional və istifadəçi dostu hala gətirməkdirsə, dayanacaqların adlandırılması vacib mərhələlərdən biridir”, – deyə S.Əliyev vurğulayıb.


Bəsti Rəfizadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 İyun 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri