Icma.az
close
up
RU
Avtobus sürücülüyündən La Liqaya “Sadə oğlan”ın maraqlı həyat hekayəsi

Avtobus sürücülüyündən La Liqaya “Sadə oğlan”ın maraqlı həyat hekayəsi

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 31 oktyabr, AZƏRTAC

Futbol üzrə İspaniya La Liqasında bu mövsüm liderlər sırasında sürpriz komanda var.

AZƏRTAC xəbər verir ki, “Espanyol” 10 turdan sonra 18 xalla 5-ci pillədə qərarlaşıb. Bu komandanı 2-ci sırada yer alan “Barselona”dan cəmi 4 xal ayırır.

“Espanyol”un uğurlu çıxışının əsas səbəbkarlarından biri baş məşqçisi Manolo Qonsalesdir. Ötən ilin mart ayında komandanın sükanı arxasına keçən mütəxəssisin kifayət qədər maraqlı hekayəsi var.

1979-cu ildə Qalisiya kəndində anadan olan Qonsales 3 yaşı olarkən ailəsi ilə birlikdə Barselonaya köçüb. Elə futbola da orada başlayıb. Xasiyyətcə Bolqarıstan millisinin əfsanəvi oyunçusu Xristo Stoiçkova oxşarlığına görə komanda yoldaşları ona “Stoiçkov” ləqəbini verib. Qonsales futbolçu karyerası ilə bağlı danışarkən maraqlı məqamlara toxunub: “Yaxşı oyunçu idim, amma başımı işlədə bilmirdim. İnkişafıma mane olan amil həmin vaxtkı davranışlarım olub. Ona görə də indi oyunçularımda eyni səhvləri görəndə dərhal müdaxilə edirəm”.

Məşqçilik karyerasına cəmi 16 yaşında başlayan Qonsales nə vaxtsa bu işlə peşəkar səviyyədə məşğul olacağını heç vaxt düşünməyib: "Futbolu sevirdim, amma bir gün La Liqada məşqçi olacağımı heç vaxt xəyal etməzdim. Mənə oyunu anlamağı, meydanı fərqli görməyi keçmiş məşqçim Antonio Sançes öyrədib. Amma seçim şansım olsaydı, futbolçu olmaq istərdim”.

İspaniyalı çalışdırıcı bu peşəyə sürücülükdən gəlib. O, 2018-ci ilə qədər gündüzlər avtobus sürücüsü, axşamlar isə məşqçi kimi çalışıb: “Səhər 5-də işə başlayır, günortadan sonra məşqə gedir, gec saatlarda evə qayıdırdım. Təəssüf ki, insanlar yalnız bu günü görür, illərin zəhmətini unudur”.

İspaniyanın B Sequnda təmsilçisi “Badalona” klubu ilə Kral Kubokunda “Xetafe”ni mübarizədən kənarlaşdırdıqdan sonra diqqətləri üzərinə çəkən Qonsales ardınca “Penya Deportivo”nu 2 dəfə ardıcıl pley-off mərhələsinə daşımaqla bir növ özünü sübut etdi. Bu uğurlar isə ona “Espanyol”un ikinci komandasının qapılarını açdı. 2023-cü ildə Barselona təmsilçisində işə başlayan mütəxəssis qısa zamanda A komandasının baş məşqçisi təyin olundu. Çətin dövrdə kifayət qədər “ağır yük”ün altına girən Qonsales çətin sınaqdan üzüağ çıxmağı bacardı və komandanı elitaya qaytardı: “La Liqaya yüksəlmək mənim üçün lotereya kimiydi, amma buna layiq olduğumu düşünürəm. Çünki bu, sadəcə şans deyil. Bu hekayədə illərin zəhməti, yuxusuz gecələr və inam var. Oyunçularım mənə, mən də onlara inandım”.

Hazırda “Espanyol” azarkeşlərinin ən sevimli məşqçisi kimi tanınan Manolo Qonsales hələ də öz sadəliyi ilə seçilir: "Futbol məni dəyişdirməyib. Mənim missiyam oyunçularımı inkişaf etdirməkdir. Karyeranızın istiqamətini həyat özü müəyyənləşdirir”.

İllərlə şəhərlərarası avtobus sürən və həvəskar liqalarda məşqçilik edən həmin "sadə oğlan" indi İspaniyanın yüksək liqasındadır. Və bəlkə də buna görə onun uğur hekayəsi hər kəsə ilham verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri