Avtobusda bir saatdan çox sərnişinin başına su töküldü
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
7A nömrəli marşrut avtobusunda sərnişinin başına tavandan su tökülüb.
Lent.az xəbər verir ki, bununla bağlı sərnişin sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, Əhmədlidən Bakı Dəmiryol Vağzalına gedərkən avtobusda pəncərə kənarında əyləşib. Bir saat yarımlıq yolda islanmamaq üçün üstünə paket örtüb.
Lent.az-ın sorğusuna "Bakubus"dan bildirildi ki, 7A nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin soyutma sisteminin drenaj xəttində texniki nasazlıq yaranıb:
"Sürücü nasazlıq barədə məlumat aldıqdan sonra avtobusun dövriyyəsini tamamlayaraq sərnişinləri son dayanacağa çatdırıb və nəqliyyat vasitəsini texniki baxış və təmir üçün depoya təhvil verib.
Hazırda nasazlığın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Sərnişindaşıma xidmətində fasilənin yaranmaması üçün nasaz avtobus operativ şəkildə digər nəqliyyat vasitəsi ilə əvəz olunub".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 24 Avqust 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















