Icma.az
close
up
RU
Avtobuslarda ölümcül sıxlıq var Deputat həll yolunu açıqladı

Avtobuslarda ölümcül sıxlıq var Deputat həll yolunu açıqladı

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda marşrut avtobuslarında sərnişin sıxlığı və tıxaclar gündən-günə artır. Son günlərdə avtobuslarda sərnişinlərin halının pisləşməsi halları müşahidə olunur, bəzən isə həyatını itirənlər də olur. Bu vəziyyət ictimai nəqliyyatın təhlükəsizliyi və sərnişinlərin sağlamlığı baxımından narahatlıq doğurur. Bu da öz növbəsində yollarda olan sıxlıq və tıxacın hansı faciələrə yol açdığını göstətir.
Bu barədə Milli Məclisin deputatı Müşfiq Cəfərov məsələ ilə bağlı Demokrat.az-a açıqlama verib. O deyib ki, son illər nəqliyyat sektorunda islahatların aparıldığını, müəyyən addımların atıldığını və strateji yol xəritəsinin formalaşdırıldığı görürülür:
“Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı da uğurla icra olunur. Sözügedən proqram çərçivəsində bir sıra həll yolları müəyyən olunub. Amma Azərbaycanda, xüsusilə Bakıda nəqliyyat probleminin nə qədər dərin olduğunu nəzərə alsaq, bir neçə ay ərzində nələrinsə dəyişməsini gözləmək olduqca qeyri-real və absurd yanaşma olardı. Ümumiyyətlə Bakıda nəqliyyatda sıxlıq şəhərdə yaşamağı gündən-günə çətinləşdirir. Dünyada inkişaf etmiş ölkələrdə isə tıxacın aradan qaldırılması ilə bağlı əsas hədəf ictimai nəqliyyatı inkişaf etdirməkdir. Ümumiyyətlə, ictimai nəqliyyatın digər alternativ növləri, trolleybus və tramvayların istifadəsi tıxacların aradan qaldırılmasına kömək edən amildir”. 
O bildirib ki, xüsusilə bu istiqamətdə düşünmək lazımdır:
“İctimai nəqliyyatın alternativ növlərinin bərpası zəruridir. Bu sahədə qəbul edilmiş dövlət proqramında da ictimai nəqliyyatın digər növləri olan tramvay və trolleybusların bərpa edilməsinə baxılmalıdır. Bakı kəndləri istiqamətində trolleybus və tramvay xətləri mümkündür. Həmçinin metro şəbəkəsinin genişləndirilməsinə də böyük ehtiyac duyulur. Şərt o deyil ki, metro mütləq yerin altında olmalıdır. Bəzi yerlərdə yeraltı, bəzilərində isə yerüstü imkanlardan istifadə edib metro şəbəkəsini genişləndirmək lazımdır”.
Qeyd edək ki, ötən gün Bakıda marşrut avtobusunda sərnişin ölüb. Hadisə səhər saatlarında qeydə alınıb. Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindən keçən avtobusda sərnişin olan 60-65 yaşlı kişi özünü pis hiss edib və oturduğu yerdə qəfildən keçinib.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Fevral 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri