Hava ilə bağlı son məlumat
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 7-si saat 11:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, yüksək dağlıq ərazilərdə qar yağır. Qar örtüyünün hündürlüyü Qrız və Şahdağda 5 sm-dir.
Düşən yağıntının miqdarı Şahbuzda 9, Biləsuvar, Xızıda 7, Şamaxı, Gədəbəydə 6, Tovuzda 4, Ordubad, Sarıbaş (Qax), Kişçay (Şəki), Qobustan, Quba, Naxçıvan, Kürdəmir, Neftçala, Lerik, Ağstafa, İsmayıllıda 2, Şərur, Sədərək, Daşkəsən, Culfa, Şəmkir, Gəncə, Balakən, Ağsu, Xaçmaz, Qusar, Oğuz, Zaqatala, Şabran, Bərdə, Göyçay, Beyləqan, İmişli, Sabirabad, Lənkəran, Astara, Ağdam, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.
Kəlbəcər, Laçın, Qubadlıda da arabir yağış yağır.
Noyabrın 6-da Şahdağda şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti 20 m/s-dək güclənib.
Ordubad, Daşkəsən, Naftalan, Göygöl, Şəmkir, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qusar, Xaltan, Göyçay, Lerik, Şuşada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 07 Noyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















