Icma.az
close
up
RU
Avtobusların sayı artır, problem həll olunmur Səbəb nədir?

Avtobusların sayı artır, problem həll olunmur Səbəb nədir?

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda avtobusların sayı artır, amma sərnişinlər yenə dayanacaqlarda gözləyir.
Nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, avtobusların sayının artırılması vacib olsa da, bu, sərnişinlərin dayanacaqlarda uzun müddət gözləməsi və şəhərdə tıxac probleminin avtomatik həll olunması demək deyil.
Ekspertin sözlərinə görə, rəsmi məlumatlara əsasən, 2022-ci ilin sentyabrında Bakıda 1780 avtobus işləyirdisə, hazırda bu rəqəm 2530-a yüksəlib. Bu isə təxminən 42 faizlik artım deməkdir:“Lakin burada vacib məsələ odur ki, avtobusun sayını artırmaqla avtobusun hərəkət sürətini artırmaq eyni şey deyil. Əgər əlavə avtobuslar da səhər və axşam pik saatlarında ümumi tıxacın içərisində qalırsa, sərnişin dayanacaqda yenə 15–20 dəqiqə gözləyə bilər. Məsələn, xətt üzrə nəzərdə tutulan interval 5 dəqiqə olsa belə, yolun bir hissəsində yaranmış sıxlıq nəticəsində bir neçə avtobus ard-arda toplanır, sonra isə uzun müddət heç bir avtobus gəlmir. Sərnişin baxımından əsas göstərici şəhərdə ümumilikdə neçə avtobusun olması deyil, onun dayanacağa hansı intervalla və nə qədər proqnozlaşdırılan vaxtda gəlməsidir”.
Ekspert hesab edir ki, Bakıda əsas problem təkcə avtobus çatışmazlığı deyil. Burada küçə-yol şəbəkəsinin buraxıcılıq qabiliyyəti, avtobusların tıxacdan qorunmaması, dayanacaqların düzgün təşkili, yolayrıclarında yaranan gecikmələr, şəxsi avtomobillərin çoxluğu və müxtəlif nəqliyyat növlərinin eyni yol sahəsi uğrunda rəqabət aparması da mühüm rol oynayır.
Onun sözlərinə görə, AYNA-nın “Koroğlu” ərazisində ekspres avtobusların maneəsiz hərəkəti üçün ayrıca avtobus zolağı və dayanma sahəsi təşkil etməsi də göstərir ki, məsələ yalnız avtobus sayını artırmaqdan ibarət deyil. Əsas məsələ avtobusların maneəsiz və sürətli hərəkət edə biləcəyi infrastrukturun yaradılmasıdır.
“Avtobus sayının artırılması tıxacı avtomatik həll etmir. Çünki eyni küçəyə daha çox nəqliyyat vasitəsi çıxarılır, amma həmin küçənin fiziki tutumu dəyişmir. Düzgün təşkil edilmədikdə çoxlu sayda avtobusun eyni dayanacaqda və ya yolayrıcında toplanması əlavə ləngimələr də yarada bilər. Burada məqsəd ‘şəhərə daha çox avtobus çıxarmaq’dan ‘bir avtobusun gün ərzində daha çox və daha sürətli reys etməsini təmin etmək’ modelinə keçmək olmalıdır. Məsələn, bir avtobus tıxac səbəbindən marşrutu 90 dəqiqəyə tamamlayırsa, həmin xəttə əlavə avtobus verməklə müəyyən qədər vəziyyəti yaxşılaşdırmaq mümkündür. Amma əsas həll həmin səfər müddətini 60–65 dəqiqəyə endirməkdir. Bu zaman eyni sayda avtobus daha çox dövrə vurur, interval azalır və sərnişindaşıma qabiliyyəti yüksəlir”, – ekspert bildirib.
A.Nəbiyev hesab edir ki, Bakıda bunun üçün fasiləsiz və bir-biri ilə əlaqələndirilmiş avtobus zolaqları genişləndirilməli, həmin zolaqların digər avtomobillər tərəfindən tutulmasına effektiv nəzarət edilməli və avtobuslara svetoforlarda prioritet verən ağıllı idarəetmə sistemi tətbiq olunmalıdır:"dayanacaqlarda avtobusların bir-birinin qarşısını kəsməsinin qarşısının alınması və marşrut şəbəkəsinin real sərnişin axınına uyğun yenidən optimallaşdırılması da vacibdir. AYNA sentyabr ayında M7 və M9 kimi yeni ekspres marşrutları artan sərnişin tələbatını qarşılamaq məqsədilə istifadəyə verib. Ancaq ekspres avtobus ümumi tıxacın içərisində hərəkət edirsə, onun ‘ekspres’ üstünlüyünün böyük hissəsi itir. Buna görə ekspres marşrutların mümkün qədər prioritet dəhlizlərlə hərəkəti təmin edilməlidir”.
Onun fikrincə, Bakıda nəqliyyat probleminin həlli üçün digər mühüm istiqamət şəxsi avtomobillərdən asılılığın azaldılmasıdır.
“Bunun üçün şəhərin girişlərində Park & Ride məntəqələri yaradılmalı, insanlar avtomobilini həmin nöqtədə saxlayıb metroya və sürətli avtobusa rahat keçə bilməlidir. Metro, avtobus və digər ictimai nəqliyyat növlərinin qrafikləri və ödəniş sistemi bir-biri ilə daha sıx inteqrasiya edilməlidir. Məktəb və universitetlərin, dövlət və özəl müəssisələrin işə başlama saatlarının eyni vaxta cəmlənməsinin qarşısının alınması da pik yükün bölüşdürülməsinə kömək edə bilər”, – ekspert əlavə edib.
A.Nəbiyev hesab edir ki, sərnişin üçün nəqliyyat sisteminin effektivliyini qiymətləndirərkən yalnız avtobusların ümumi sayına deyil, onların hərəkət intervalına və səfər müddətinə də diqqət yetirilməlidir:" Dayanacaqlarda real vaxt rejimində avtobusun neçə dəqiqəyə gələcəyinin göstərilməsi, dispetçer idarəetməsinin gücləndirilməsi və hər xətt üzrə “avtobus sayı” deyil, orta interval, kommersiya sürəti və səfər müddəti kimi göstəricilərin əsas KPI kimi götürülməsi vacibdir. Bakının nəqliyyat probleminə yalnız ‘neçə avtobusumuz var?’ sualı ilə yanaşmaq kifayət deyil. Əsas sual belə olmalıdır: avtobus nə qədər sürətlə, nə qədər stabil intervalla hərəkət edir və bir saat ərzində həmin dəhlizdən neçə sərnişini keçirə bilir?
Avtobusların sayı artırılmaqla yanaşı onlara yolda real üstünlük verilsə, marşrutlar optimallaşdırılsa, şəxsi avtomobil axını idarə olunsa, Park & Ride və nəqliyyat mübadilə mərkəzləri inkişaf etdirilsə, svetofor sistemi ictimai nəqliyyata prioritet əsasında işləsə, onda əlavə 200–300 avtobusun təsirini sərnişin həqiqətən hiss edəcək.
Əks halda avtobusların sayı rekord həddə çatsa belə, onların böyük hissəsi eyni tıxacda dayanacaq və sərnişinin gündəlik problemi – uzun gözləmə və uzun səfər müddəti – tam həll olunmayacaq”./ajans.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri