Icma.az
close
up
RU
Avtomat transmissiya üçün ucuz yağlar SÜRÜCÜ NƏ QƏDƏR “İRƏLİ DÜŞÜR”? ARAŞDIRMA FOTO

Avtomat transmissiya üçün ucuz yağlar SÜRÜCÜ NƏ QƏDƏR “İRƏLİ DÜŞÜR”? ARAŞDIRMA FOTO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Keyfiyyətsiz istismar mayeləri problemi dünyanın bir çox ölkəsi üçün aktualdır. Bəzi istismar mayelərinin keyfiyyətsizliyi istifadəyə başladığı andan ortaya çıxır. Məsələn, aşağı keyfiyyətli yanacaq doldurulduqdan cəmi bir neçə dəqiqə sonra avtomobilin sürətlənməsi pisləşir, detonasiya baş verir, sərfiyyat artır, tüstü yaranır və s. Başqa yanacaqdoldurma məntəqəsindən yanacaq aldıqda problem qismən aradan qalxır. 
Lakin digər mayelərlə bağlı bunu söyləmək mümkün deyil. Məsələn, avtomat transmissiya yağının keyfiyyətsizliyi dərhal hiss edilmir. Bunun üçün azı 150-200 km qət etmək, isti və ya şaxtalı havada sürmək lazım gəlir. Yalnız bu zaman sürücü ötürmənin təkanla dəyişdiyini, sürətlənmənin pisləşdiyini hiss edə bilər. Bəzi zərərləri isə hiss etmək mümkün olmur.

Avtosfer.az xəbər verir ki, Azərbaycan bazarında keyfiyyətsiz avtomat transmissiya yağları kifayət qədər çoxdur. 10-15 il əvvəl bu tip ötürməyə malik avtomobillər az olduğundan saxta yağlar yox səviyyəsində idi. İndi isə vəziyyət dəyişib.
Bazara nəzər yetirdikdə 1 litri 5-15 manat arası dəyişən avtomat transmissiya yağlarına rast gəlmək olur. Bir müqayisə edək: yüksək keyfiyyətli benzinin 1 litri 2 manat olduğu təqdirdə yaxşı yağın qiyməti 5 manat ola bilərmi? Nəzərə alaq ki, benzin çənlərdə min tonlarla topdan alınaraq idxal olunur. Yəni, böyük pul tələb edən qablaşdırma zərurəti yaranmır. Avtomat transmissiya yağların isə adətən 1 litrlik (xüsusi hallarda 20 litrlik) qablarda qablaşdırılır. Benzinlə müqayisədə onların istifadəsi Xəzər dənizində 1 damla qədər də deyil.  Ən əsası, yağın sintezi benzindən daha çətindir. Bunun üçün çox sayda aşqar tələb olunur. 
Ucuz yağların üzərində onun bütün tip avtomatik ötürmələr üçün yararlı olduğu göstərilir. Bəs reallıq necədir?


Təxminən 20 il əvvələdək sadə sxemli avtomatik ötürmələr geniş yayılmışdı. Sonradan obrazlı desək müxtəlif “tronik”lər ortaya çıxdı. Bunlar ilk nəsil avtomat ötürücülərdən fərqli olaraq elektronlaşıb. Aşağı keyfiyyətli yağ ola bilsin köhnə nəsil transmissiyada ciddi problem yaratmaya bilər (hərçənd ki, buna heç kim zəmanət vermir). Lakin elektron sistemli, robotlaşmış sürət qutularında, pilləsiz transmissiyalarda bunu demək mümkün deyil. 
Məsələn, bir müqayisə aparaq. Rəsmi dilerdə “Toyota WS” avtomat transmissiya yağların 1 litri 27 manata təklif edilir. Bu yağın həm ABŞ, həm də Avropada satışına icazə verilir. 


Avtomat transmissiya daha yüksək temperaturda – 140 dərəcə Selsidə işləyir. Keyfiyyətli yağ bu rejimdə həm yağlamanı, həm də təzyiqi təmin etməlidir. Benzin qiymətinə olan yağ bu iş rejiminə davam gətirə bilərmi? Cavab məlumdur. 
Son 10-15 ildə istehsal edilmiş avtomobillərə standarta və sürət qutusunun tipinə uyğun olmayan yağın tökülməsi aqreqatın ömrünü azaldır, sürücünü isə əlavə xərcə salır. Nəzərə alaq ki, avtomatik ötürmələr qutusunun, xüsusən də son modellərin təmirə yararlılığı azdır. Çox vaxt nasazlıq yarandıqda bu aqreqatı ataraq yenisi ilə əvəzləmək lazım gəlir. 
Qurğunun sıradan çıxmasında keyfiyyətsiz yağın rolu danılmazdır. Burada texniki cəhətdən anlaşımayan heç nə yoxdur: keyfiyyətsiz yağ yüksək temperaturda zəruri yağlamanı təmin edə bilmir. Sürtünmə artdığı üçün aşınma çoxalır və bir müddət sonra filtr tıxanır, yağlanma pisləşir. Nəticəsi də məlumdur.  

Bir yağ dəyişmədə 50-60 manata qənaət etmək sürücünü bir müddət sonra 1000 manat və daha çox ziyana sala bilər. Nəzərə alaq ki, bu xərclərin heç birini sığorta və ya zəmanət qarşılamır.

Vuqar Yaşaroglu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Aprel 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see268

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see232

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see223

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see190

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see168

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see142

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see137

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see137

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see133

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see125

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri