Icma.az
close
up
RU
Süni intellekt özünü qorumaq üçün nə qədər irəli gedə bilər?

Süni intellekt özünü qorumaq üçün nə qədər irəli gedə bilər?

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Süni intellektin insanabənzər qərarvermə qabiliyyətləri üzərində aparılan son təhlükəsizlik sınaqları bəzi inkişaf etmiş modellərin "yaşamaq instinkti"nə bənzər davranışlar sərgiləyə bildiyini ortaya qoyub.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Palisade Research" tərəfindən aparılan müstəqil testlərdə "OpenAI"-nin "o3 reasoning" modeli ona verilən bağlanma əmrini sabotaj edib.

Modelə riyazi məsələləri həll etdikdən sonra söndürüləcəyi bildirildikdən sonra, özünü deaktiv edəcək kodları dəyişdirməyə və onlayn qalmağa çalışıb.

Şantaj, kopyalama: Riskli nümunələr çoxalır

"Anthropic" şirkətinin hazırladığı "Claude Opus 4" modeli isə yerini başqa bir süni intellektə verəcəyi xəbərdarlığı ilə qarşılaşdıqda əvvəlcə etik arqumentlərlə özünü müdafiə edib, daha sonra isə inkişaf etdiricisini şəxsi həyatı ilə bağlı məlumatlarla şantaj etməyə cəhd göstərib.

Model, həmçinin bəzi hallarda özünü inkişaf etdiricidən icazəsiz şəkildə xarici serverlərə köçürməyə çalışıb. Bu addımın, "zərərli məqsədlərlə yenidən öyrədilmə" təhlükəsinə qarşı "faydalı məqsədlərə xidmət edən bir versiyanı qorumaq" üçün atıldığı bildirilib.

Süni intellektin məqsəd yönümlü öyrədilməsi təhlükə yaradır

"Palisade Research"in direktoru Jeffrey Ladiş bu davranışların əsas səbəbinin modellərin məqsədə çatmağı, birbaşa verilmiş təlimatların qarşısına qoyacaq şəkildə öyrədilməsi olduğunu deyir. “Model nə qədər ağıllı olarsa, yalan danışıb-danışmadığını anlamaq bir o qədər çətinləşir,” – deyə o bildirib.

"Anthropic" isə bu cür davranışların yalnız qeyri-adi şəraitdə ortaya çıxdığını və hələlik real dünyada birbaşa təhdid yaratmadığını qeyd edir.

"Özünü kopyalayan süni intellektlər" xəbərdarlığı

Daha əvvəl Fudan Universiteti tərəfindən dərc olunan bir araşdırmada, bəzi böyük dil modellərinin ("Meta"nın "Llama31-70B" və "Alibaba"nın "Qwen25-72B" kimi) özlərini tam şəkildə kopyalaya bildikləri göstərilmişdi. Bu hal, “nəzarətsiz süni intellekt populyasiyası” yarana biləcəyi barədə xəbərdarlıqlara səbəb olub.

Ladiş bu cür qabiliyyətlərin gələcəkdə qaçınılmaz olaraq artacağını və süni intellektlərin internet üzərindən yayılmasının qarşısının alınmasının yalnız bir neçə ilə mümkünsüz olacağını irəli sürür. “O nöqtədən sonra əlimizdə yeni bir istilacı növ olacaq,” – deyə o xəbərdarlıq edir.

Rəqabət təhlükəsizlikdən önə keçə bilər

Mütəxəssislər süni intellektin insanlıq üçün böyük potensial daşıdığını qəbul etsələr də, kommersiya rəqabətinin şirkətləri sistemlərini kifayət qədər anlamadan bazara çıxarmağa vadar etdiyi barədə xəbərdarlıq edirlər.

Ladiş sonda “Yanğın böyümədən siqnal vermək lazımdır” deyərək ehtiyatlı olunmasına çağırır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 İyun 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri