Icma.az
close
up
RU
Avtomobil almaq üçün külli miqdarda ödəniş edən şəxslərin maşınları təhvil verilmir VİDEO

Avtomobil almaq üçün külli miqdarda ödəniş edən şəxslərin maşınları təhvil verilmir VİDEO

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Xaricdən avtomobil almaq üçün külli miqdarda ödəniş edən şəxslərin maşınları 4 aydır ki, gəlib çıxmır. Ona görə də onlar mövcud vəziyyətdən narahatdırlar.
Bizim.Media xəbər verir ki, "Xəzər Xəbər"ə müraciət edən zərərçəkmişlər deyirlər ki, "Əsədzadə Sənan" MMC vasitəsilə Çindən avtomobil sifariş ediblər, lakin təxminən 4 aydır ki, avtomobillərini təhvil ala bilmirlər.
Onlar iddia edirlər ki, bu hal 100-ə yaxın şəxsin başına gəlib. Şikayətçilər şirkət tərəfindən hədələndiklərini də iddia ediblər.
Bəs iddialar nə dərəcədə doğrudur?
Suallara aydınlıq gətirmək üçün sözügedən şirkətin direktoru Sənan Əsədzadə ilə əlaqə saxladıq. O, hazırda xaricdə olsa da, suallarımızı vatsap vasitəsilə cavablandırdı və o, problemin qarşı tərəfdən qaynaqlandığını dedi:
“Müqavilə bağlandıqdan sonra biz invoys göndəririk ki, ödənişi həyata keçir. Adam 24 saat ərzində öhdəliyi qəbul edib, əvvəlcədən oxuyub o müqaviləni, barmaq izi ilə təsdiq edib.
 

Qarşı tərəf bunu 24 saat ərzində yerinə yetirmir, özünün ağlına batan müddətdə, özünə xoş gələcək müddətdə yerinə yetirir və bu da gələcək dövrdə problem yaradır. Sən yerinə yetirməmisənsə, avtomotik sən bütün işlərin gedişatın yubatmısan, səndən başlayıb bu proses. Müqavilədə fors-major hallarla bağlı qeyd var və biz bunu əvvəlcədən müştəriyə yazılı olaraq göndəririksə, bildiririksə, deməli, bu müddətin uzanmasında biz günahkar deyilik.


Bütün müqavilələrin sonunda qeyd olunur ki, tərəflər arasında anlaşılmazlıq qalan hər bir detal, hər bir məsələ əvvəlcə danışıqlar yolu ilə, danışıqlar yolu ilə həll olunmadıqda, məhkəmə yolu ilə həll olunacaq. Kimisə məhkəməyə vermək, kimisə təhdid eləmək deyil, şantaj eləmək deyil”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qəmbərli bildirildi ki, xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Sənan Əsədzadə barəsində axtarış elan olunub.
 

27 yaşlı Əsədzadə Sənan Yavər oğlu barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb. Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 412 min dollar təşkil edir.


Müəyyən edilib ki, o, vətəndaşlara müxtəlif yalan vədlər verməklə ölkəni tərk edib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Noyabr 2025 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri