Icma.az
close
up
RU
Avtomobil kondisionerinin yay baxımı Ustadan vacib MƏSLƏHƏTLƏR

Avtomobil kondisionerinin yay baxımı Ustadan vacib MƏSLƏHƏTLƏR

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Havalar istiləşdikcə avtomobil sahiblərinin ən çox ehtiyac duyduğu sistemlərdən biri də kondisionerdir. Yay aylarında sərin və komfortlu gediş üçün kondisioner demək olar ki, əsas köməkçiyə çevrilir. 

Bəs avtomobil kondisionerinə necə düzgün qulluq edilməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən avtomobil ustası Sahil Ağabəyli bildirdi ki, avtomobil kondisionerinin uzunömürlü və sağlam işləməsi üçün ona mütəmadi qulluq göstərmək vacibdir:

"Kondisioneri ən azı ayda bir-iki dəfə, heç olmasa 30 gündə bir dəfə, qapılar açıq vəziyyətdə işə salmaq lazımdır. Bu zaman cihazın tərkibindəki soyuducu maye-freon sistem daxilində dövr edir və daxili sistemin paslanmasının, göbələk və küf yaranmasının qarşısı alınır. Əks halda, kondisioner sistemində mikroorqanizmlər və kif yaranaraq həm cihazın ömrünü qısaldır, həm də avtomobilin iç mühitini sağlamlıq üçün təhlükəli edə bilər. Xüsusilə yay aylarında kondisioneri işə salmazdan əvvəl avtomobilin şüşələrini bir qədər endirib havalandırmaq lazımdır. Bu, avtomobilin içində toplanmış isti və durğun havanın çıxmasına, kondisionerin isə daha effektiv və sağlam hava verməsinə şərait yaradır. Əks halda, sistemdə toplanmış nəm və çirkli hava birbaşa nəfəs yollarına təsir göstərərək allergiya, boğaz və tənəffüs yolu problemlərinə səbəb ola bilər".

Müsahibimiz bildirdi ki, təmizlənmə işləri yerinə yetirilmədikdə, kondisioner təkcə pis qoxu yaymaqla kifayətlənmir, həmçinin nəfəs yollarında allergik reaksiyalar, bronxit, astma və digər xroniki tənəffüs yolu xəstəliklərinə səbəb ola bilər.

"Bundan əlavə, çirkli sistem cihazın performansını aşağı salır və daha çox enerji sərfiyyatına yol açır. Bu səbəbdən avtomobil kondisionerinin həm düzgün istifadəsi, həm də vaxtında texniki baxış və təmizlənməsi, həm cihazın ömrü, həm də sürücü və sərnişinlərin sağlamlığı baxımından son dərəcə vacibdir",- deyə S.Ağabəyli vurğuladı.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 İyul 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri