“Avtomobil krediti yoxdur” İqtisadçı faiz artımının sirrini açdı
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkədə “avtomobil krediti” kimi təqdim edilən məhsul əslində istehlak kreditinin bir növüdür.
Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı Xalid Kərimli News365.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda cəmi üç növ kredit mövcuddur – istehlak krediti, biznes krediti və ipoteka krediti.
“Avtomobil krediti anlayışı əslində ayrıca bir kateqoriya deyil. Banklar istehlak kreditinə sadəcə ‘avtomobil krediti’ adı verirlər. Əsasən, istehlak, biznes və ipoteka kreditləri mövcuddur”, – deyə iqtisadçı bildirib.
Xalid Kərimli qeyd edib ki, son dövrlər kredit faizlərinin artması Mərkəzi Bankın apardığı “bahalı pul siyasəti” ilə bağlıdır.
“Mərkəzi Bank 2023-cü ilin dekabrından məcburi ehtiyat normalarını artırıb. Əvvəl banklar 1–2 faiz ehtiyat saxlayırdısa, indi bu göstərici 20–25 faizə qalxıb. Nəticədə banklar depozit faizlərini artırmalı olub və bu da kredit faizlərinin bahalaşmasına gətirib çıxarıb,” – o qeyd edib.
Ekspertin sözlərinə görə, depozit faizlərində sabitlik müşahidə olunsa da, kreditlərin dəyərində hələ azalma yoxdur.
“Pulun qiyməti artdığı üçün banklar da vətəndaşlara krediti daha baha satır. Mebel, avtomobil və digər istehlak mallarına görə faizlər də buna görə yüksəlib,” – Xalid Kərimli əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 03 Noyabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















