Icma.az
close
up
RU
Rusiya siyasi elitasının bir sıra üzvləri SSRİ xəyalı ilə yaşayır, ancaq Rusiya SSRİ olmadı və ola bilməz

Rusiya siyasi elitasının bir sıra üzvləri SSRİ xəyalı ilə yaşayır, ancaq Rusiya SSRİ olmadı və ola bilməz

Icma.az, Bizimyol saytına istinadən bildirir.

“Rusiya SSRİ deyil, ola bilmədi və ola da bilməz. Çünki, SSRİ-nin dağılması ilə eyni vaxtda Rusiyanın liderliyində yaradılan MDB, Avropa Birliyi kimi iqtisadi baxımdan möhkəmlənə və ya vahid ideya ətrafında formalaşa, NATO kimi real hərbi-siyasi birlik inşa edilə bilmədi. Bunu Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqının real ticari-iqtisadi rəqəmlərini müqayisə etdikdə, yaxud KTMT fəaliyyətinin real nəticələri ilə bağlı təhlillər apardıqda görmək olar”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Şəhla Cəlilzadə bildirib ki, 2024-cü ildə Avrasiya İqtisadi Birliyinin üzv ölkələri arasında ümumi ticarət təxminən 100 milyard dollara yaxın idisə, Avrozonanı əhatə edən ticarətin ümumi həcmi təqribən 2 trilyon avro idi. Həmçinin Aİ vahid siyasət inşa edə bilirsə, MDB məkanında bu mümkün deyil, hətta hərbi ittifaq olan KTMT bu baxımdan koordinasiya yaratmağa müəssər olmayıb: “Bunu Azərbaycanın Vətən müharibəsində yaşanan proseslərdə də gördük. Məsələn, Türk qardaşlarımız qazaxların KTMT üzvü olmasına baxmayaraq Azərbaycanı müdafiə edən mövqe sərgiləməsi bunu göstərdi. Bununla yanaşı, Rusiya siyasi elitasının bir sıra üzvlərinin SSRİ xəyalı ilə yaşadığını, Sovetlər ruhunu yaşatmağa çalışdığını hiss edirik. Rusiyanın post-Sovet məkanına “arxa bağça məntiqi ilə yanaşdığı aydındır. Bu, onun hərbi-siyasi doktrinalarında açıq ifadə edilən bir termindir. Rusiya üçün “arxa bağçanın” itirilməsi qəbuledilməz olsa da, mərhələli şəkildə bunu itirməkdədir. Dövrünün tələblərinə və çağırışlarına cavab verə bilməyərək dağılan SSRİ-nin bundan sonrakı dövrdə bərpası isə tamamilə qeyri-realdır. Amma dünyanın III qlobal müharibəyə sürüklənməsi yetəri qədər real ssenaridir. Görünür ki, vaxtilə Hitler Molotov-Ribbentrop paktına məhəl qoymadan SSRİ-yə hücum etdiyi kimi, indi də Hitlerin partiyadaşının nəvəsi yeni qlobal müharibənin başlanması üçün dünyanı Sovet kabusu ilə qorxudur. Belə ki, müharibənin Ukrayna ərazisindən kənara sıçraması yeni dünya müharibəsinin başlanması demək olardı. Halbuki Putin şəxsən, o cümlədən onun hökümətinin nümayəndələri dəfələrlə bəyan ediblər ki, Avropaya hücum etmək, hər hansısa Avropa ölkəsini işğal etmək niyyətləri yoxdur”.

Şəhla Cəlilzadə

“Rusiya hazırki situasiyada sadəcə olaraq Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almaq və tutduğu əraziləri nəzarətində saxlamaq üçün müharibəyə davam edir, o cümlədən müharibədə Ukraynanı ağır, uzaq mənzilli silahlarla təmin edən təchizat yollarını vurur. Bu, eyni zamanda Avropa daxilində dəmir yollarının vurulması, hava məkanına müdaxilələrin, kiberhücumların edilməsi və s. ilə müşayiət olunur. Təbii olaraq, bəzi Qərb siyasətçiləri bunu Rusiyanın müvafiq ölkələrə müdaxiləsi və gələcək hücumu üçün hazırlıq mərhələsi olaraq anlayır, yaxud bu cür təqdim etməyə çalışırlar. Lakin reallıq biraz fərqlidir. Rusiyanın SSRİ-ni bərpa etmək niyyətinə dair Mertzin müvafiq bəyanatından sonra, ötən həftə baş tutan Berlin danışıqlarında ABŞ-ın təzyiqi ilə Ukrayna NATO-ya üzv olmamaqla bağlı tələbi qəbul etdi. III dünya müharibəsini yetəri qədər real hesab edən Tramp buna izn verilməyəcəyini açıq bəyan etdi. Başqa ifadə ilə, bundan sonrakı danışıqlar mərhələsi yalnız “sülh”, yəni Ukraynanın kapitulyasiyasının hüquqi olaraq aktlaşdırılması istiqamətində irəliləyəcək. Burada Ukraynaya təhlükəsizlik təminatı məsələsi dərhal gündəmə gəlir. Aydındır ki, bu təminatlar da ABŞ tərəfindən deyil, onun Avropadakı müttəfiqləri tərəfindən verilməli olacaq. Yəni, başda Almaniya olmaqla Avropa ölkələri, o cümlədən istəyi olan digər ölkələr sülhməramlı qismində Ukraynaya daxil olacaqlar”-deyən Şəhla Cəlilzadənin sözlərinə görə, Merz bu günlərdə həm də onu bəyan edib ki, Rusiya ilə sülh sazişi əldə olunduqdan sonra hərbisizləşdirilmiş zonada yaradılacaq beynəlaxalq sülhməramlı qüvvələrin tərkibində alman qoşunlarının nümayəndələri də iştirak edəcək.

Politoloqun fikrincə, bəzi media orqanlarında Almaniya ordusunun guya Rusiyaya qarşı Ukraynada mübarizə aparacağını yazılması reallığın təhrifi və dezinformasiya kimi qəbul edilməlidir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Dekabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri