Icma.az
close
up
RU
Avtomobil sahiblərinə XƏBƏRDARLIQ: Şinlər BAHALAŞACAQ

Avtomobil sahiblərinə XƏBƏRDARLIQ: Şinlər BAHALAŞACAQ

Icma.az bildirir, Bizim media portalına istinadən.

Rusiyanın Sənaye və Ticarət Nazirliyi Nazirlər Kabinetinə yüksək səviyyədə politsiklik aromatik karbohidrogenlər (PAH) olan təkərlərin qadağan edilməsini təklif edib.
Məlumdur ki, polisiklik aromatik karbohidrogenlər təkər istehsalında yumşaldıcı yağlar kimi istifadə olunur.
 

MÖVZU İLƏ BAĞLI:
Bazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə adı ilə satılır – XƏBƏRDARLIQ


Lakin araşdırmalar göstərir ki, təkərlər aşındıqca havaya qarışan bu maddələr xərçəng yaradan (kanserojen) xüsusiyyətlərə malikdir və ətraf mühit üçün zərərlidir.
Rusiyada avtomobil şinlərinin tərkibindəki zərərli maddələrə qarşı mübarizə bazardakı qiymətlərə təsir edə bilər. Ehtimal edilir ki, qonşu ölkədəki yeni standartlar bazardakı ən ucuz məhsulların üçdə birinin "sıradan çıxmasına" və ya bahalaşmasına yol açacaq.
Hazırda bazardakı uyğun büdcə seqmentinə aid təkərlərin təxminən 30-40%-i köhnə texnologiya ilə istehsal olunur. Bu təkərlərin satışdan yığışdırılması seçimi azalda bilər.
Digər tərəfdən, məlum olduğu kimi, Azərbaycana təkər şinləri böyük ölçüdə xaricdən idxal olunur.
Bu vəziyyət qiymətlərə necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, “ekoloji addım” avtomobil şinlərinin bahalaşmasına səbəb olacaq:
“Halbuki şinlərin qiymətinin artmasına digər amillər də təsir edir. Ən vacib faktor yeni qaydalardan sonra  xammalın qiymətlərinin artmasıdır. Şin istehsalında istifadə olunan kauçuk, neft məhsulları və kimyəvi əlavələr dünya bazarında bahalaşdıqca, istehsal xərci də yüksəlir. Bu da birbaşa satış qiymətlərinə təsir edir.
İkinci mühüm səbəb logistika və daşınma xərcləridir. İdxal olunan şinlərin daşınması, xüsusilə yanacaq və nəqliyyat xərcləri artdıqda daha baha başa gəlir və bu əlavə xərc son qiymətə əlavə olunur.
Üçüncü amil valyuta məzənnəsidir.

Şinlərin böyük hissəsi xaricdən gətirildiyi üçün ABŞ dolları bahalaşdıqda və ya gücləndikdə yerli bazarda qiymətlər artır, çünki idxal dollarla aparılır.


Nəticədə bahalaşma tək bir səbəbdən yox, həm istehsal xərclərinin artması, həm də idxal və tələb amillərinin birlikdə təsiri ilə baş verir”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Aprel 2026 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri