Icma.az
close
up
RU
Avtomobil sahiblərinə XƏBƏRDARLIQ

Avtomobil sahiblərinə XƏBƏRDARLIQ

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Bakının isti və günəşli havası avtomobillərin bir sıra hissələrinə ciddi təsir edir. Mütəxəssislər günəş altında qalan avtomobillərdə temperaturun 76°C-yə çata bildiyini vurğulayırlar.

Bakıda yay aylarında avtomobillərin böyük hissəsi günün ən isti saatlarında açıq havada qalır. Kölgəlik və qapalı dayanacaq imkanlarının məhdud olması sürücüləri avtomobillərini saatlarla birbaşa günəş altında saxlamağa məcbur edir. Bəs intensiv günəş və yüksək temperatur avtomobilə necə təsir edir, uzun müddət belə şəraitdə qalan maşınlarda hansı problemlər yarana bilər? Avtomobili günəşdən qorumağın ən effektiv və sərfəli yolları hansılardır? Son illərdə Azərbaycanda sayı artan Çin avtomobilləri isti və günəşli iqlim şəraitinə nə dərəcədə davamlıdır?

Hurriyyet.media  mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Avtomobilin salonunda istilik 76°C-yə çata bilər"

Avtomobillər üzrə mütəxəssis Elçin Abbasovun sözlərinə görə, Bakının iqlimində avtomobillərə əsasən iki amil təsir göstərir - yüksək temperatur və intensiv günəş şüaları, xüsusilə ultrabənövşəyi (UV) şüalanma. Avtomobil uzun müddət açıq havada saxlanıldıqda bu amillərin təsiri müxtəlif hissələrin aşınmasını sürətləndirə bilər: "Günəşdən ən çox təsirlənən hissələrdən biri boya və lak örtüyüdür. UV şüaları zaman keçdikcə lak qatını zəiflədir, nəticədə səthin parlaqlığı azalır, rəng solur və bəzi hallarda zədələnir. Salon da yüksək temperatur və günəş şüalarına həssasdır. Ön panel, sükan, qapı üzlükləri və digər plastik detallar sərtləşə, rəngini dəyişə, çatlaya və deformasiyaya uğraya bilər. Dəri və süni dəri oturacaqlarda isə quruma, sərtləşmə və çatlama müşahidə edilir. Günəş altında avtomobilin salonunda temperaturun 76°C-yə çatması mümkündür. Belə istilik salon materiallarının qocalmasını sürətləndirir. Qapı və şüşə rezinləri elastikliyini itirə, sərtləşə və çatlaya bilər. Təkərlərdə də rezinin qocalması sürətlənir. Buna görə təkərlərin vəziyyətini yalnız protektorun qalınlığı ilə qiymətləndirmək olmaz, onların yaşı və yan səthlərində çatların olub-olmaması da yoxlanılmalıdır".

"Qırmızı rəng daha tez solur, qara isə daha çox qızır"

E.Abbasov bildirdi ki, avtomobilin rəngi də günəşin təsirində müəyyən rol oynayır: "Burada rəngin solması ilə avtomobilin qızmasını fərqləndirmək lazımdır. Bəzi rənglərdə, məsələn, qırmızıda solma daha tez nəzərə çarpır. Lakin nəticə yalnız rəngdən deyil, boya sistemindən və xüsusilə şəffaf lak qatının keyfiyyətindən də asılıdır. Qızma baxımından isə tünd rəngli avtomobillər daha əlverişsiz vəziyyətdədir. Qara və digər tünd səthlər günəş enerjisini daha çox udduğu üçün kuzov daha çox qızır. Bu isə salon materiallarına və digər komponentlərə düşən istilik yükünü artırır".

Avtomobili günəşdən necə qorumalı?

Mütəxəssisin fikrincə, avtomobil 3-5 il ərzində daim açıq havada saxlanıldıqda dəyən zərər bir gündə yaranmır, zamanla toplanır:

"Avtomobili günəşdən qorumağın ən sadə və sərfəli yolu mümkün qədər kölgədə park etməkdir. Ön şüşə üçün keyfiyyətli günəşlikdən istifadə də ön paneli, sükanı və multimedia ekranını birbaşa günəş şüalarından qoruyur. Avtomobil uzun müddət istifadə edilməyəcəksə, keyfiyyətli örtükdən də istifadə etmək olar. Örtüyün avtomobil üçün nəzərdə tutulması və nəfəsalan materialdan hazırlanması vacibdir. Boya, plastik və rezin hissələrə uyğun qoruyucu vasitələrdən istifadə etmək, təkərlərin təzyiqini və ümumi vəziyyətini mütəmadi yoxlamaq da faydalıdır. Qoruyucu tədbirlərə avtomobil yeni olduğu vaxtdan başlamaq daha məqsədəuyğundur".

Çin avtomobilləri və miflər

E.Abbasov həmçinin Çin avtomobillərindən də bəhs etdi: "Çin avtomobilləri istiyə davamlı deyil" kimi ümumi fikir söyləmək düzgün olmaz. Çinin özündə də yüksək temperaturun müşahidə olunduğu bölgələr mövcuddur. Məsələn, Turpan avtomobil istehsalçıları tərəfindən yüksək temperatur sınaqları üçün istifadə olunur. Burada havanın temperaturu yay aylarında 40°C-ni keçir və müxtəlif istehsalçıların benzin, hibrid və elektrik avtomobilləri belə şəraitdə sınaqdan keçirilir. Azərbaycan üçün isə avtomobilin hansı bazar üçün istehsal edilməsi də mühüm amildir. Ölkəyə gətirilən Çin avtomobillərinin bir hissəsi rəsmi ixrac versiyası, digər hissəsi isə Çin daxili bazarı üçün nəzərdə tutulan modellər ola bilər. Eyni markanın müxtəlif bazarlar üçün istehsal etdiyi versiyalarda proqram təminatı, telematika, servis dəstəyi, bəzi komponentlər və komplektasiya fərqlənir. Bu səbəbdən avtomobil alarkən yalnız istehsalçı ölkəyə deyil, konkret marka və modelə, istehsal ilinə və avtomobilin hansı bazar üçün nəzərdə tutulduğuna diqqət yetirmək lazımdır".

"Soyutma sistemi kifayət qədər effektiv işləmədikdə…"

Mütəxəssis bildirdi ki, isti havalarda Çin avtomobillərində xüsusilə salon plastikləri, dekorativ elementlər, multimedia ekranları, rezin detallar və kondisioner sistemi diqqət tələb edir: "Elektrik və plug-in hibrid avtomobillərdə isə batareya və güc elektronikasının soyutma sistemi əlavə əhəmiyyət daşıyır. Yüksək temperatur zamanı soyutma sistemi kifayət qədər effektiv işləmədikdə avtomobil batareyanı qorumaq üçün şarj və ya mühərrik gücünü məhdudlaşdıra bilər. Bu, bəzi hallarda nasazlıq deyil, qoruma mexanizmidir. Azərbaycanda Çin avtomobillərinin sayı artdıqca, onların 3-5 il və daha uzun müddət Bakı şəraitində istismarı barədə daha geniş statistika formalaşacaq. Bu da hansı istehsalçıların daha davamlı olduğunu obyektiv qiymətləndirməyə imkan verəcək".

"Ağac altında saxlamaq tam təhlükəsiz variant deyil"

Nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, istər kəskin isti, istərsə də soyuq hava şəraiti avtomobillərə ciddi təsir göstərir: "Bununla yanaşı, sürtkü və mühərrik yağları vaxtında dəyişdirilmədikdə yüksək temperatur onların keyfiyyətinə və qoruyucu xüsusiyyətlərinə mənfi təsir göstərə bilər. Avtomobil uzun müddət hərəkətsiz qaldıqda isə şinlərdə deformasiya və yataqlanma, asqı sistemində problemlər yaranır. Avtomobili birbaşa günəş şüalarından uzaq saxlamaq ən effektiv qorunma üsullarından biridir. Yeraltı dayanacaqlar, tam qapalı qarajlar və ya dalanlar bu baxımdan daha əlverişli variantlardır. Açıq günəş altında qalan avtomobillə kölgədə və ya qapalı mühitdə saxlanılan avtomobil arasında bəzən 20-25 dərəcəyə qədər temperatur fərqi yarana bilər. Avtomobili ağac və ya tent altında saxlamaq günəşdən qismən qorunma təmin etsə də, tam təhlükəsiz variant hesab edilmir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Avqust 2026 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri