Dərdin dərmanı özü imiş...
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Braziliyada aparılan genişmiqyaslı tədqiqatlar virusları ötürə bilməyən “Wolbachia” bakteriyası daşıyan ağcaqanadların denqe qızdırması və çikunqunya infeksiyalarını təxminən 69 faiz azaltdığını üzə çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, dünyanın denqe qızdırmasından ən çox əziyyət çəkən bölgələrindən birində 5700-dən çox uşaq üzərində aparılan araşdırma bu metodun yalnız pestisidlərə və fərdi qorunma tədbirlərinə əsaslanan ənənəvi üsullara qarşı təsirli strategiya ola biləcəyini göstərir.
Beynəlxalq tədqiqat qrupunun üzvü, Emori Universitetinin əməkdaşı doktor Şri Edupuqantinin sözlərinə görə, “Wolbachia” bakteriyası daşıyan ağcaqanadların mövcud olduğu məhəllələrdə digər ərazilərlə müqayisədə məktəb yaşlı uşaqlar arasında denqe qızdırması və çikunqunya yoluxmalarında təxminən 69 faizlik azalma qeydə alınıb.
Tədqiqatçılar vurğulayıblar ki, bu qoruyucu təsir Braziliyada 2024-cü ildə baş verən şiddətli denqe qızdırması epidemiyası dövründə də özünü qoruyub saxlayıb.
Yeni nəticələr ABŞ-nin Florida ştatında 1940-cı illərdən bəri istənilən ştatda qeydə alınmış ən böyük virus epidemiyası ilə mübarizə aparıldığı bir dövrdə açıqlanıb. Adətən, ABŞ-də denqe qızdırmasına daha çox xaricə səyahət edənlərdə rast gəlinsə də, Florida səhiyyə qurumları cümə günü 650-dən çox yerli yoluxma halı aşkarladıqlarını bildiriblər. Bu halların təxminən dörddə üçü Tampa şəhərinin yerləşdiyi Hillsboro dairəsinin payına düşüb.
Baxış sayı:67
Bu xəbər 24 Noyabr 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















