Avtomobil satışı ilə məşğul olan şəxslər bəzi təhlükəli üsula əl atıblar
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Avtomobildəki hansısa problemi bildirən xəbərdarlıq işıqları kustar üsulla söndürülür.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, ustalar bildiriblər ki, bu üsullardan əsasən avtomobil alqı-satqısı ilə məşğul olan şəxslər istifadə edirlər.
Məqsəd isə maşının texniki vəziyyətini gizlədərək onu daha asan və baha qiymətə satmaqdır. Amma bu cür hallar sonralar böyük təhlükələr yaradır.
Avtomobil ustası Anar Əliyev bildirib ki, bəzən oksigen sensoruna da müdaxilə edilir. Bu isə yalnız xəbərdarlıq siqnalının yox olması ilə deyil, həm də mühərrik sisteminin zədələnməsi ilə nəticələnir. Hazırda ölkədə baş verən avtomobil yanğınlarının əksəriyyətinin səbəbi də məhz budur.
Usta qeyd edib ki, avtomobil alarkən elektron sistem mütləq düzgün və hərtərəfli yoxlanmalıdır.
Ətraflı süjetdə:
Avtomobil satışı ilə məşğul olan şəxslər bəzi təhlükəli üsula əl atıblar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 02 İyun 2025 01:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















