Türkiyədə rüşvət qalmaqalı böyüyür
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə maliyyə bazarları ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində keçmiş və hazırkı yüksəkvəzifəli şəxslər həbs olunublar. Saxlanılanlar arasında ölkənin maliyyə sektoruna nəzarət edən dövlət qurumlarının keçmiş rəhbər şəxsləri də var.
Musavat.com xəbər verir ki, İstanbul Baş Prokurorluğunun fond bazarında həyata keçirilən əməliyyatlarla bağlı apardığı istintaq nəticəsində dörd nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Həbs olunanlardan biri Türkiyənin Kapital Bazarları Şurasının (SPK) keçmiş sədr müavini Enver Uscadır. pizza
Onunla yanaşı, SPK-nın keçmiş Bazar Nəzarəti və Təftiş İdarəsinin rəhbəri Ercan Urkan, Bankçılığın Tənzimlənməsi və Nəzarəti Qurumunun (BDDK) departament rəhbəri Mustafa Alper Taş və Tera Holding-in inzibati işlər üzrə direktoru Ümit Sincanlı da həbs edilib.
Rüşvət və çirkli pulların yuyulması ittihamları
Məhkəmə Enver Usca, Ercan Urkan və Mustafa Alper Taş barəsində rüşvət alma ittihamı üzrə həbs qərarı çıxarıb.
Ümit Sincanlı isə cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaq və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə həbs edilib.
İstintaq çərçivəsində saxlanılmış SPK-nın keçmiş Şura üzvü Bülent Murat Haholu ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
SPK-nın keçmiş Korporativ Maliyyə İdarəsinin rəhbəri Kürşat Sait Babuçcu barəsində isə məhkəmə nəzarəti tətbiq edilib. Ona ölkədən çıxış qadağası qoyulub və mütəmadi olaraq imza vermək öhdəliyi müəyyənləşdirilib.
Məlumata görə, altı şübhəli noyabrın 3-də saxlanılıb və prokurorluqda ifadələri alındıqdan sonra məhkəməyə göndərilib.
İstintaq davam edir. Həbs qərarları şübhəlilərin təqsirinin məhkəmə hökmü ilə sübuta yetirildiyi anlamına gəlmir.
Xatırladaq ki, noyabrın 5-də eyni istintaq çərçivəsində Türkiyənin keçmiş ailə və sosial siyasət naziri, hakim AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya da həbs edilib. O, kapital bazarları haqqında qanunvericiliyi pozmaqda və cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda ittiham olunur. İstintaq materiallarına əsasən, keçmiş nazirin investisiya fondlarının ləğvi barədə qərardan bir gün əvvəl səhmlərini başqa şirkətə ötürməsi şübhə doğurub. Onun həyat yoldaşı İlyas Kaya və Kapital Bazarları Şurasının keçmiş sədri İbrahim Ömər Gönül isə məhkəmə nəzarəti altında sərbəst buraxılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 08 Noyabr 2026 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















