Icma.az
close
up
RU
Avtomobil Yolları Agentliyi ləğv EDİLƏ BİLƏR

Avtomobil Yolları Agentliyi ləğv EDİLƏ BİLƏR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda avtomobil yolları infrastrukturunun inkişafı və müasir standartlara uyğunlaşdırılması nəqliyyat sektorunun əsas prioritetlərindən biridir. Azərbaycanın mövcud yol şəbəkəsinin və nəqliyyat infrastrukturunun daha da inkişaf etdirilməsi məqsədilə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, vahid idarəetmə sisteminin yaradılması zəruridir.

Beynəlxalq təcrübə də göstərir ki, avtomobil yollarının idarə edilməsi, nəqliyyat axınının tənzimlənməsi və müasir infrastruktur layihələrinin həyata keçirilməsi üçün vahid idarəetmə sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və digər əlaqədar qurumların fəaliyyətinin optimallaşdırılması, nəqliyyat sektorunun daha müasir və effektiv şəkildə idarə edilməsinə imkan yarada bilər.

AAYDA Azərbaycanda ən çox struktur islahatları yaşamış dövlət qurumlarından biridir. Bu təşkilat müxtəlif illərdə müxtəlif adlar və statuslar altında fəaliyyət göstərib. Əsasən müstəqil olub, bir neçə il keçmiş Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərib. 2017-ci ildə yaradılan AAYDA bundan əvvəl “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti adları altında fəaliyyət göstərib. Bundan əvvəlsə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” departamenti olub.

Azərbaycan Prezidentinin 21 dekabr 2017-ci il tarixində imzaladığı sərəncam ilə Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib və həmin ildən quruma rəhbərlik edir.

AAYDA Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərir. Agentlik avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğuldur. Bu qurum publik hüquqi şəxsdir.

Son illər nəqliyyat sektorunda idarəetmə sahəsində köklü islahatlar aparılıb. Bu sahəni kurasiya edən müxtəlif qurumlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə verilib. Avtomobil yolları təsərrüfatı da dəmir yolları kimi tikinti sahəsindən çox nəqliyyat sisteminə bağlıdır. Baxmayaraq ki, qurumun əsas funksiyaları infrastrukturun yaradılması və istismarıdır.

Əslində oxşar funksiyalar digər dövlət qurumlarının fəaliyyət sahəsində də mövcuddur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq müvafiq sahədə dövlət vəsaiti hesabına maliyyələşdirilən tikintilər üzrə sifarişçi funksiyalarını həyata keçirmək səlahiyyətinə malikdir. Nazirlik avtomobil yollarının, avtovağzalların (avtostansiyaların), yeraltı keçidlərin, metro çıxışlarının, velosiped zolaqlarının inşasına, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına dair layihələrə yolun buraxıcılıq qabiliyyəti və ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluq göstəriciləri nəzərə alınmaqla rəy verilməsini təmin edir.

Nazirliyin tabeli qurumu olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi digər fəaliyyət istiqamətləri ilə yanaşı yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək səlahiyyəti ilə nəqliyyat axınının tənzimlənməsini təmin etmək səlahiyyətlərinə malikdir.

Xarici ölkələrdə avtomobil yollarının tikintisinə müxtəlif dövlət qurumları və agentliklər nəzarət edir. Bu qurumlar əsasən yol infrastrukturunun planlaşdırılması, tikintisi, təmiri, təhlükəsizlik standartlarına riayət edilməsi və yol xidmətlərinin təmin olunmasına cavabdehdir. Müxtəlif ölkələrdə bu işləri görən qurumlar fərqli adlarla fəaliyyət göstərir. Türkiyədə avtomobil yolları sahəsində əsas fəaliyyət Türkiyədə Nəqliyyat və İnfrastruktur Nazirliyinin (Ulaştırma və Altyapı Bakanlığı) Avtomobil Yolları Baş İdarəsi (Karayolları Genel Müdürlüğü) tərəfindən həyata keçirilir. İdarə avtomobil yolları şəbəkəsinin müəyyənləşdirilməsi, layihələndirilməsi, yol və körpülərin inşası, təmiri və istismarı ilə məşğuldur. Yol və nəqliyyat təhlükəsizliyi ilə bağlı qaydaların müəyyənləşdirilməsi, yol nişanlarının qurulması, tədqiqat işlərinin aparılması, işlərin yerinə yetirilməsi üçün torpaq və daşınmaz əmlakların alınması və icarəyə götürülməsi də bu qurumun səlahiyyətlərinə daxildir.

Rusiyada avtomobil yollarının tikintisinə əsasən "Rusiya Federal Yolları Agentliyi" (Rosavtodor) nəzarət edir. Rosavtodor həmçinin müxtəlif tikinti və yenidənqurma layihələrini icra edir. Rusiyada müxtəlif regional dövlət qurumları və yerli bələdiyyələr də yerli yolların tikintisinə nəzarət edir. Lakin ümumilikdə böyük və strateji əhəmiyyətə malik olan avtomobil yolları Rosavtodor tərəfindən idarə olunur.

ABŞ-də avtomobil yollarının tikintisi və saxlanılması ilə bağlı əsas qurum Federal Avtomobil Yolları İdarəsidir (Federal Highway Administration - FHWA). FHWA həmçinin dövlətlərarası magistral yolların planlaşdırılması, maliyyələşdirilməsi və nəzarətini həyata keçirir. Bu qurum federal hökumət tərəfindən maliyyələşdirilən yol layihələrinə nəzarət edir. Amma Birləşmiş Ştatlarda hər ştatın özünün nəqliyyat idarəsi var və bu idarələr yerli əhəmiyyətli yolların tikintisi və saxlanılmasına məsuliyyət daşıyır.

Almaniyanın Nəqliyyat və Rəqəmsal İnfrastruktur Nazirliyi (Bundesministerium für Verkehr und digitale Infrastruktur (BMVI)) ölkənin avtomobil yollarının tikintisinə nəzarət edir. BMVI həmçinin avtomobil yollarının idarə olunması və saxlanılması ilə əlaqəli federal qanunları və qaydaları müəyyən edir. Bir sıra xarici ölkələrdə avtomobil yolları tikintisinə nəzarət edən qurumlar ya dövlətə məxsus nəqliyyat idarələri, ya da müstəqil qurumlar şəklində fəaliyyət göstərir.

Mütəxəssislər hesab edir ki, Azərbaycanda da avtomobil yolları sahəsində vahid idarəetmə sistemi yaratmağın vaxtı çatıb. Nəqliyyat və infrastruktur sahəsində idarəetmənin optimallaşdırılması əhəmiyyətli hesab edilir. Ekspertlərin fikrincə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Yerüstü Nəqliyyat Agentliyi ilə birləşdirilməsi və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə verilməsi idarəetməni xeyli təkmilləşdirə bilər. Yəni yolların tikintisi, bərpası, təmiri və qorunması məsələləri ilə paralel şəhərdaxili nəqliyyatın təşkili və tənzimlənməsi vahid mərkəzdən idarə olunar.

Avtomobil yollarının tikintisi ilə avtomobil nəqliyyatının təşkilinin inteqrasiyası nəqliyyat sisteminin effektivliyini birbaşa təsir edən faktorlardır. Avtomobil yollarının tikintisi və avtomobil nəqliyyatının təşkilində əsas prioritetlərdən biri müasir planlaşdırmanın olmasıdır. Avtomobil yollarının tikintisi şəhər daxilində nəqliyyatın tənzimlənməsi ilə paralel aparılmalıdır. Məsələn, yeni inşa edilən magistral yollarda velosiped zolaqları, piyada keçidləri və nəqliyyat axınlarını nizamlamaq üçün xüsusi zolaqlar nəzərdə tutulmalıdır. Bu müxtəlif nəqliyyat növlərinin (avtomobillər, avtobuslar, taksilər) eyni yolda hərəkətində uyğunsuzluqları aradan qaldıra bilər.

Ölkədə nəqliyyat infrastrukturuna investisiyalar qoyulmasına və müxtəlif nəqliyyat növləri üzrə ayrı-ayrı layihələrin icra olunmasına baxmayaraq, nəqliyyat növlərinin koordinasiyalı fəaliyyəti ilə bağlı çatışmazlıqlar müşahidə olunurdu. Koordinasiyalı fəaliyyətin təmin olunması üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Nəqliyyatı Əlaqələndirmə Şurası və nəqliyyat sektorunda vahid idarəetmə prinsiplərinin tətbiqi, fəaliyyətin təkmilləşdirilməsi və maliyyə dayanıqlılığının artırılması məqsədilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” (AZCON) publik hüquq şəxs yaradılıb.

Bakı şəhərinin 2040-cı ilədək olan Baş Planında nəqliyyat sisteminin inkişaf konsepsiyasına uyğun olaraq nəqliyyat infrastrukturunun inkişafı üzrə vahid konsepsiyanın hazırlanması, şəhərin əsas yollarındakı nəqliyyat yüklənməsinin aradan qaldırılması, şəhərətrafı ərazilərdən nəqliyyat axınlarının idarə edilməsi, şəhərətrafı ərazilərdə yerləşən yaşayış məntəqələri arasındakı yola sərf olunan vaxtın mümkün səviyyədə qısaldılması, nəqliyyat qovşaqlarının yaradılması məsələlərinin həll edilməsi hədəfləri Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında nəzərə alınıb.

Modern Araşdırma və Təhlil Qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see450

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see447

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see294

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see276

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see221

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see208

Kursant faciəvi şəkildə ÖLDÜ

04 İyun 2026 14:10see205

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see201

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see197

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see197

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see196

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Faizlər (İyun 2026)

04 İyun 2026 13:26see193

Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

05 İyun 2026 01:24see191

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see188

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see183

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see179

Vlahoviç “Yuventus”un təklif etdiyi müqaviləni rədd edib

04 İyun 2026 02:06see172

Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər

05 İyun 2026 04:05see158

ABŞ də 60 ildən sonra ət yeyən parazit xəbərdarlığı

04 İyun 2026 22:13see157

İran ABŞ nin esminesinə hücum etdi

04 İyun 2026 04:29see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri