Icma.az
close
up
RU
Avtomobil etibarnaməsi ləğv edilə bilər Ekspertlərdən yeni təkliflər

Avtomobil etibarnaməsi ləğv edilə bilər Ekspertlərdən yeni təkliflər

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ekspertin fikrincə, bu sistem mərhələli şəkildə ləğv olunmalıdır.
Azərbaycanda hələ də qüvvədə olan etibarnamə ilə avtomobil idarəetmə sistemi vətəndaşlar üçün əlavə vaxt itkisi, artıq xərclər və bürokratik çətinliklər yaradır. Ekspertlərin fikrincə, bu sistem həm də köhnəlmiş idarəçilik forması kimi artıq öz aktuallığını itirib.
Sabiq maliyyə naziri, professor Saleh Məmmədov sosial şəbəkədəki paylaşımında bildirib ki, dünyanın 192 ölkəsində belə bir praktika çoxdan ləğv olunub: “Bir çox ölkələrdə avtomobil idarə etmək üçün sadəcə sürücülük vəsiqəsi və avtomobilin qeydiyyat sənədləri kifayətdir. Azərbaycan isə istisna olaraq hələ də etibarnamə tələb edir. Bu, vətəndaş üçün əlavə xərc və vaxt itkisinə səbəb olur”.
Professorun sözlərinə görə, etibarnamə kimi formal prosedurların ləğvi və bütün əməliyyatların elektron hökumət platforması üzərindən həyata keçirilməsi həm vətəndaş, həm də dövlət üçün daha səmərəli olardı: “Bu cür ödənişlər və qeydiyyat prosesi birbaşa dövlət büdcəsinə yönəldilməlidir. Aralıq mərhələlərin çoxluğu həm şəffaflığı azaldır, həm də korrupsiya risklərini artırır”.
Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Eldəniz Cəfərov hesab edir ki, fiziki şəxslər arasında etibarnamə sistemi artıq mənasını itirib: “Düşünürəm ki, bu sistem keçmişdə qalıb. Müasir dövrdə texnologiyalar, elektron imza və rəqəmsal xidmətlər etibarnaməyə ehtiyacı aradan qaldırır. Qanunvericilikdə bu istiqamətdə dəyişikliklərə ciddi ehtiyac var”.
Ekspertin fikrincə, “Yol hərəkəti haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilərək bu sistemin mərhələli şəkildə ləğvi nəzərdə tutulmalıdır.
Hazırda Azərbaycanda avtomobili başqa şəxsə idarə etmək üçün vermək istəyən sürücü notariusda etibarnamə təsdiqlətməlidir, bu da maddi xərc və vaxt itkisinə səbəb olur.
Yeni təkliflərə əsasən, gələcəkdə bu proses Daxili İşlər Nazirliyinin “ASAN Login” və ya “eGov” sistemləri üzərindən onlayn şəkildə həyata keçirilə bilər. Bu, həm vətəndaşların işini asanlaşdıracaq, həm də dövlət orqanlarının işini daha şəffaf edəcək.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, hazırda etibarnamənin üstünlüyü qalmayıb. Onun sözlərinə görə, bu, 10-15 il bundan öncə daha aktual bir mövzu idi: “Çünki o dövrdə xüsusi texniki vasitələr çox deyildi və müəyyən çətinliklər var idi. Lakin bu gün texnologiya inkişaf edib, insanlar üztanıma kameralarından istifadə edirlər.
Elə bir sistem hazırlamaq lazımdır ki, maşını kim sürürsə, həmin gün sistemə informasiya ötürülsün və polis artıq sürücünün kimliyini bilsin. Onsuz da “E-Polis” xidməti vasitəsilə məlumat daha operativ şəkildə yönləndirilə bilir. Belə olan halda mən etibarnaməyə vaxt itirməyi mənasız bir iş kimi görürəm. Düşünürəm ki, etibarnamə kimlər üçünsə gəlir mənbəyidir, ona görə də onu ləğv etmirlər. Bizim təsəvvürümüzə, ağlımıza gəlməyən məbləğlərlə bağlı maraqlar var. Düşünürlər ki, insanlar bu pulu ödəyirsə, onu niyə ləğv edək. Halbuki ləğv etmək ciddi bir problem yaratmır. Avtomobilin texniki pasportu kimin əlindədirsə, deməli, maşını idarə etmək hüququ onundur".
Ekspertin sözlərinə görə, cərimələrin kimin adına yazılması ilə bağlı anlaşılmazlıqlar yaşana bilər: “Digər məsələ isə odur ki, cərimə texniki pasport kimə aiddirsə, onun adına yazılacaq. Həmin şəxs bu zaman etiraz edə bilər ki, həmin vaxt maşını o deyil, başqa adam sürüb. Belə olan halda o, bu barədə arayış verəcək ki, maşını kim idarə edib. Həmin şəxs də bunu təsdiq edəndən sonra cərimə ona yönləndiriləcək.
Təbii ki, Azərbaycan mentalitetində məsələ ilə bağlı müəyyən problemlər yarana bilər. Belə ki, maşın sahibinə yüksək cərimə yazılanda deyəcək ki, həmin vaxt maşını o idarə etməyib. Belə olan halda polis məcburdur ki, yazılan cərimələri bir-bir araşdırsın və şəkilləri yaxınlaşdırıb baxsın ki, həmin gün maşını kim idarə edib.
Almaniyada vətəndaş heç vaxt fikirləşmir ki, polisi aldatmaq olar. Fikirləşir ki, polis dövlət və hakimiyyətdir, ona yalan danışa bilməzsən. Bir sözlə, bu tip problemlər yarana və onun həlli vaxt apara bilər".
E.Muradlının sözlərinə görə, etibarnamənin də yaratdığı çətinliklər var: “Tutaq ki, 8 nəfərə maşının sürülməsi ilə bağlı etibarnamə verilir. Gün ərzində 8 nəfər sürür və cərimələr etibarnaməni alan axırıncı şəxsin adına yazılır. Bu hansı qərarla tənzimlənir bilinmir. O şəxs deyir ki, məndən öncə 7 nəfərin də etibarnaməsi var, cərimələr niyə onlara göndərilmir. Ona deyilir ki, kim sürübsə, məlumat ver. Şəxs idarəyə gedib ərizə yazır ki, filankəs sürüb. Hər şey həmin filankəsin vicdanından asılıdır. O, boynundan ata da bilər. Nəticədə çıxılmaz vəziyyətdə etibarnaməni sonuncu alan şəxs qalır. Etibarnamə, faktiki olaraq, etibarsız sənəd kimi problem yaradır.
Bəzən etibarnamə ilə maşın alırsan və bir müddət sonra satan şəxs həyat yoldaşı ilə boşananda məhkəmədə həmin maşın ortaq əmlak kimi müzakirəyə çıxarılır. Nəticədə onu sənin əlindən alıb, ər-arvad arasında bölürlər. Beləliklə, üçüncü şəxs kimi sən itirirsən.
Digər hal isə etibarnamə ilə maşın satan şəxsin ölümü ilə bağlı olur. Belə ki, maşını etibarnamə ilə satan şəxs vəfat edir və onu alıb illərlə idarə edən şəxs təzə etibarnamə almaq istəyəndə vəfat edənin ailəsi ilə problem yaşayır. Ona deyirlər ki, sənə yeni etibarnamə vermirik. Buna görə də etibarnaməyə etibarsız sənəd kimi baxıram".(yenimusavat)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri