Icma.az
close
up
RU
Avtomobildə bunu edənlər yolda saxlanılacaq 500 manat cəriməsi var

Avtomobildə bunu edənlər yolda saxlanılacaq 500 manat cəriməsi var

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Son dövrlər xüsusilə gecə saatlarında yüksək səs çıxaran motosikletlər və digər əqliyyat vasitələri ilə bağlı şikayətlər artmaqdadır. Nəqliyyat vasitələrinin səs sisteminə və ya mühərrikinə edilən bəzi texniki dəyişikliklər həm ictimai narahatlıq yaradır, həm də qanunvericiliyin tələblərini pozur.

Motosikletin və maşının normadan artıq səs çıxarmasına görə sürücülər hansı hallarda məsuliyyət daşıyır?

"Yeni Sabah" xəbər verir ki, hüquqşünas Fərhad Mehdiyev Demokrat.az-a açqılamasında deyib ki, Azərbaycanda bəzi sürücülər avtomobilin səsini daha gur çıxarmaq və ya nəqliyyat vasitəsinə “idman görünüşü” vermək məqsədilə işlənmiş qazların xaricetmə sistemində qanunsuz dəyişikliklər edirlər: Sezar pizza

“Xüsusilə əlavə səsboğucu və ya normativə uyğun olmayan xüsusi avadanlıqların quraşdırılması son dövrlər geniş yayılıb. Lakin bu cür müdaxilələr qanunvericiliyə zidd hesab olunur və inzibati məsuliyyət yaradır. Belə hallarla bağlı məsələ İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsində öz əksini tapıb. Həmin maddəyə əsasən, mühərrikin səs gücünün artırılması məqsədilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücü 500 manat məbləğində cərimə edilir”.

O qeyd edib ki, qanunvericiliyin əsas məqsədi həm ictimai asayişi qorumaq, həm də ətraf mühitə və insanların rahatlığına mənfi təsirlərin qarşısını almaqdır:

“Çünki normadan artıq səs çıxaran avtomobillər yaşayış məntəqələrində səs-küy çirkliliyinə səbəb olur, xüsusilə gecə saatlarında vətəndaşların narahatlığına gətirib çıxarır. Bundan başqa, avtomobilin texniki konstruksiyasına icazəsiz müdaxilə təhlükəsizlik baxımından da risk hesab olunur. Mütəxəssislər bildirirlər ki, işlənmiş qaz sistemində edilən qeyri-peşəkar dəyişikliklər mühərrikin işinə mənfi təsir göstərə, yanacaq sərfiyyatını artıra və texniki nasazlıqlara yol aça bilər. Nəqliyyat vasitəsində hər hansı konstruktiv dəyişiklik yalnız müvafiq qaydalara uyğun və icazə əsasında həyata keçirilməlidir. Əks halda sürücü həm cərimə ilə üzləşə, həm də avtomobil texniki baxışdan keçə bilməyə bilər”.

Qanunvericiliyin bu tələbi təkcə ictimai asayişi deyil, həm də ekoloji mühiti qorumaq məqsədi daşıyır. Normadan artıq səs çıxaran nəqliyyat vasitələri yaşayış məntəqələrində səs-küy çirkliliyi yaradır ki, bu da insanların sağlamlığına və psixoloji vəziyyətinə mənfi təsir edir.

Bundan əlavə, texniki mütəxəssislər xəbərdarlıq edirlər ki, qeyri-peşəkar müdaxilələr mühərrikin işini pisləşdirir və yanacaq sərfiyyatını artırır. Bu cür texniki dəyişikliklər edilmiş nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi də qeyri-mümkündür. Sürücülərə tövsiyə olunur ki, hər hansı konstruktiv dəyişiklik etməzdən əvvəl müvafiq icazələrin olub-olmamasını yoxlasınlar.

Yəni, əgər avtomobilin və ya motosikletin səsini qəsdən artırıb ətrafdakıları narahat edirsinizsə, yol polisi sizi saxlayıb 500 manat cərimə yaza və nəqliyyat vasitəsini cərimə meydançasına apara bilər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 May 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri