Avtomobilinizdəki bu detalın içində sərvət gizlənir Çoxları xəbərsizdir
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avtomobillərdə elə bir detal var ki, bir çox sürücü onun təkcə texniki deyil, həm də maddi dəyərindən xəbərsizdir. Söhbət katalizatordan gedir. Bu hissənin daxilində platin, palladium və rodium kimi qiymətli metallar mövcuddur.
Milli.Az xəbər verir ki, avtomobilin işlənmiş qazlarını zərərsizləşdirməyə xidmət edən katalizatorlar təkrar emal bazarında xüsusi maraq doğurur.
Katalizatorun daxilindəki qiymətli metallar adi gözlə seçilmir. Onlar detalın içərisində yerləşən xüsusi keramik və ya metal daşıyıcının üzərinə nazik qat şəklində çəkilir. Bu metallar zərərli qazların daha az zərərli maddələrə çevrilməsində mühüm rol oynayır.
Xüsusilə palladium diqqət çəkir. Bu metal təkcə avtomobil sənayesində deyil, elektronika və zərgərlik sahələrində də istifadə olunur. Beynəlxalq bazarda qiyməti yüksək olan palladiumun bir qramı təxminən 46-49 manat civarında qiymətləndirilir. Bu da katalizatorların təkrar emal baxımından dəyərini artıran amillərdən biridir.
Katalizatorların qiyməti avtomobilin markasından, modelindən, mühərrikindən və detalın tərkibindəki qiymətli metalların miqdarından asılı olaraq dəyişir. Bəzi işlənmiş katalizatorlar bir neçə yüz manata, müəyyən modellərə aid olanlar isə 1 500-2 000 manata və daha yüksək qiymətə satıla bilər.
Qeyd edək ki, katalizatorun real dəyərini yalnız onun vəziyyəti və tərkibi yoxlanıldıqdan sonra müəyyən etmək mümkündür. Eyni zamanda, bu detalın avtomobildən çıxarılması ətraf mühitə atılan zərərli qazların artmasına və avtomobilin texniki göstəricilərində problemlərə səbəb ola bilər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 26 Noyabr 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















