“Elə olub ki, son pulumu klipə vermişəm“
Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“İnsanlar baxırlar ki, müğənnilərin bahalı maşınları var, bahalı paltarlar geyinirlər. Düşünürlər ki, onlara nə var, fonoqram oxuyub, 5-10 min ciblərinə qoyurlar”.
OLAY yazır ki, bu sözləri Asan TV-də müğənni Mehin Hümbətova deyib. Mehin hər şeyin kənardan göründüyü kimi olmadığını bildirib:
“Amma hamının çətin günləri olur. Uşaqlıqdan anam həmişə hər şeyin ən yaxşısını bizə edib. Heç vaxt deyə bilmərəm ki, çətin uşaqlığım olub. Bütün çətinliklərin qarşısında anam durub deyə biz çətin günlər görməmişik. Pis günlər də olub, yaxşı günlər də. Heç vaxt pis günləri qabardıb ondan prim qazanmaq istəməmişəm. Özümü yazıq kimi göstərməyi sevən insan deyiləm. Deyə bilmərəm ki, yağ-bal içində böyümüşəm, möhtəşəm həyatımız olub. Bizim də çətin günlərimiz olub. Niyə onları qabardıb, ağlayıb, o mövzularla insanların qəlbində yaralı ceyran rolunda olmalıyam? İndi də çətin günlərdən keçirik, yaxşı günlərimiz də var. Elə an olub ki, ən son pulumu verib klip çəkdirmişəm. Onu elə formada təqdim etmişəm ki... Fikirləşiblər ki, Mehinin pulu haradandır? Onsuz da anam bütün əziyyətlərimizi çəkib, ən yaxşı təhsili də, geyimi də o verib. Anam həmişə yaxşı vəzifələrdə çalışıb, pis gün yaşamağımıza şərait yaratmayıb”.
Baxış sayı:93
Bu xəbər 26 Noyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















