Avtomobillərlə bağlı gözlənilməz qadağa: Çin geri addım atdı
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
012-ci ildə "Tesla"nın avtomobil bazarına gətirdiyi yenilik - avtomobillərin qapı dəstəklərinin içəridən açılması tezliklə dəb halını aldı. Bu yenilik Çində təkrarlanaraq həmin bazarda geniş şəkildə istifadə edilməyə başlandı. Lakin indi Çin bu tətbiqə qadağa qoyur.
Bunun səbəbi nədir?
Avtobloger Araz Mübarizoğlunun Baku TV-yə dediklərinə görə, bu yeniliyin müsbət tərəfi gizli tutacaqların avtomobillərə aerodinamik üstünlük verməsidir. Lakin mənfi tərəfləri daha çoxdur.
O qeyd edib ki, Çin avtomobilləri daha çox Rusiyaya ixrac olunur və soyuq hava şəraitində bu cür gizli tutacaqların açılması problemlər yarada bilər.
Araz Mübarizoğlu əlavə edib ki, bu mexanizm yalnız görkəm üçündür, amma həm təhlükəli, həm də bahalıdır: "Yanğın zamanı bu qapıları açmaq mümkün olmur, çünki sistem maşını bloklayır, bu da insanların avtomobildən çıxmasını və xilas olunmasını çətinləşdirir".
Qeyd edək ki, qayda qüvvəyə mindikdən sonra yalnız istehsal mərhələsində olan modellərə 2029-cu ilə qədər möhlət veriləcək. Elektron mexanizmlə idarə olunan, qapının içərisinə sıxılmış zərif tutacaqlar artıq sertifikat almayacaq.
Mütəxəssislərin fikrincə, avtomobillərin mexaniki dəstəklərlə açılması həm avtomobil istehsalçıları, həm də vətəndaşlar üçün sərfəlidir. Çünki bu dəstəklər həm ucuz başa gəlir, həm də təhlükəsizdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 06 Fevral 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















