Icma.az
close
up
RU
Ramiz Mehdiyevdən sonra Eldar Mahmudovun da həbsi gündəmdə İspaniya mediasından ŞOK yazı

Ramiz Mehdiyevdən sonra Eldar Mahmudovun da həbsi gündəmdə İspaniya mediasından ŞOK yazı

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ramiz Mehdiyevin həbsi xəbərlərindən sonra sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da məsuliyyətə cəlb ediləcəyi gözlənilir. İspaniyanın nüfuzlu “Diario de Mallorca” nəşri yazır ki, Azərbaycan Baş Prokurorluğu Palma şəhər məhkəməsinə və Balear adalarının Korrupsiyaya qarşı Prokurorluğuna rəsmi məktub göndərib.

Musavat.com xəbər verir ki, məktubda Mahmudovlar ailəsinin xaricdəki maliyyə əməliyyatları və ofşor şəbəkələri barədə geniş məlumat təqdim olunub. Bildirilir ki, Eldar Mahmudov və onun ailə üzvləri barəsində ayrıca cinayət işi aparılır və bu araşdırma 2018-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşlarına qarşı qaldırılmış işdən tamamilə fərqlidir.

29,6 milyon avroluq mənimsəmə zənciri

Baş Prokurorluğun İspaniya tərəfinə təqdim etdiyi sənədlərə əsasən, dövlət büdcəsindən mənimsənilən 29,6 milyon avro əvvəlcə Latviyadakı banka köçürülüb. Həmin hesab Dominikan Respublikasında qeydiyyatdan keçmiş “Prime Design and Patenting SA” adlı ofşor şirkətə məxsus olub.

Şirkətin sahibi kimi göstərilən Sahib Əli oğlu Ağayev Eldar Mahmudovun yaxın çevrəsinə daxil olan şəxs hesab olunur. 2014–2015-ci illərdə bu vəsaitin bir hissəsi Mahmudovun oğlu Anar Mahmudovun nəzarətində olan digər ofşor şirkətlərin hesablarına köçürülüb.

Azərbaycan məhkəmə sənədlərinə görə, Sahib Ağayev 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində korrupsiya və mənimsəmə ittihamı ilə mühakimə olunub və 2020-ci il iyunun 16-da məhkum edilib. Mahmudovun digər qohumları və yaxın əməkdaşları da 10 milyondan çox manat dövlət vəsaitinin mənimsənilməsində təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunublar.

Avropada yüz milyonlarla avroluq əmlak şəbəkəsi

Baş Prokurorluğun açıqlamasına görə, Anar Mahmudovun əldə etdiyi 29,6 milyon avro sonradan onun və ailə üzvlərinin İspaniya, Lüksemburq, İsveçrə və digər ölkələrdəki hesablarına köçürülüb. Bu vəsaitlər hesabına daşınar və daşınmaz əmlak, eləcə də biznes obyektləri satın alınıb.

Komissiya roqatoriyası (beynəlxalq hüquqi sorğu) çərçivəsində əldə edilmiş məlumatlarda qeyd olunur ki, Mahmudovlar ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində — İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq və İtaliyada — ümumilikdə 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur.

Prokurorluq bildirir ki, bu aktivlərin hamısı Eldar Mahmudovun nazir təyin olunmasından sonra onun həyat yoldaşı və övladlarının adına rəsmiləşdirilib. Rəsmi sənədlərə əsasən, həmin vaxta qədər ailə üzvlərinin bu miqyasda gəlirləri olmayıb.

Ramiz Mehdiyev fonunda yeni antikorrupsiya mərhələsi

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, korrupsiya və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə həbs edilmişdi. Onun həbsi ölkədə yüksək vəzifəli keçmiş məmurlara qarşı aparılan antikorrupsiya kampaniyasının yeni mərhələsi kimi qiymətləndirilir.

Ekspertlər hesab edirlər ki, Eldar Mahmudovun adının yenidən gündəmə gəlməsi və İspaniya məhkəmələrinə göndərilən sənədlər bu dalğanın növbəti hədəfinin kim olacağını göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:289
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Oktyabr 2025 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri