Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Avtonom PUA ların istismarına dair tələblər... İzah

Avtonom PUA ların istismarına dair tələblər... İzah

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Aviasiya haqqında" qanunda edilən dəyişikliklər avtonom pilotsuz uçuş aparatlarına (PUA) dair texnologiyaların hüquqi tənzimlənməsini təmin etməyə yönəlib.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qeyd edib.

Məlumata görə, dəyişikliklərin əsas məqsədi mülki və eksperimental məqsədlərlə istifadə olunacaq avtonom PUA-ların hüquqi statusunu müəyyənləşdirmək, onların istismarı ilə bağlı tələbləri dəqiqləşdirmək və uçuşların təhlükəsizliyinin təmini üçün milli qanunvericilik tələbləri yaratmaqdır.

Qanunvericilikdə ilk dəfə olaraq "avtonom pilotsuz uçuş aparatı", "avtonom pilotsuz uçuş aparatının operatoru" və "məsafədən idarəetmə mərkəzi" anlayışları öz əksini tapır. Bu isə avtonom pilotsuz aviasiya texnologiyalarının inkişafı fonunda yaranan yeni münasibətlərin hüquqi müstəvidə tənzimlənməsinə imkan verir.

Mühüm yeniliklərdən biri də avtonom PUA-lar üzrə avtomatlaşdırmanın müxtəlif səviyyələrinin müəyyən olunmasıdır. Qəbul edilən yanaşmaya əsasən, yüksək avtomatlaşdırma səviyyəsində uçuşun idarə olunması, ətraf mühitin müşahidəsi və qərarvermə prosesləri sistem tərəfindən həyata keçirilsə də, ümumi nəzarət və məsuliyyət operatorun üzərində qalır. Tam avtomatlaşdırma səviyyəsində isə bütün proseslər, o cümlədən ehtiyat idarəetmə funksiyaları insan müdaxiləsi olmadan sistem tərəfindən yerinə yetirilir. Bu yanaşma süni intellekt texnologiyalarının aviasiyada tətbiqi üçün hüquqi əsasların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qanunda avtonom PUA-ların istismarına dair tələblər də ilk dəfə sistemli şəkildə müəyyən edilir. Belə ki, bu tip uçuş aparatlarının istismarı yalnız müvafiq qeydiyyat sertifikatı və istismarçı sertifikatı və ya əməliyyat icazəsi əsasında mümkün olacaq.

Eyni zamanda operatorların hüquq və vəzifələri də aydın şəkildə tənzimlənir. Operatorlar avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətinə nəzarət etməli, həyata keçirilən əməliyyatlarla bağlı məlumatları ən azı altı ay müddətində saxlamalı və onların mühafizəsini təmin etməlidirlər.

Dəyişikliklər çərçivəsində uçuşların təhlükəsizliyinin təmini və hava məkanından istifadənin koordinasiyası ilə bağlı yeni mexanizmlər də nəzərdə tutulur. Avtonom PUA-ların uçuşları yalnız xüsusi müəyyən edilmiş coğrafi zonalarda və uçuşların idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi əsasında həyata keçiriləcək.

Bundan başqa, nəzarət olunan hava məkanında əməliyyat aparmaq istəyən istismarçılar uçuşdan ən azı üç saat əvvəl zəruri məlumatları, o cümlədən qeydiyyat sertifikatının nömrəsini, uçuşun başlanma və başa çatma vaxtını, əməliyyatın xüsusiyyətlərini, eləcə də istismarçı sertifikatının və ya əməliyyat icazəsinin surətini elektron qaydada aidiyyəti mərkəzə təqdim etməli olacaqlar.

Ümumilikdə dəyişikliklər avtonom pilotsuz aviasiya sahəsində təhlükəsizlik, məsuliyyət və nəzarət mexanizmlərini gücləndirməklə yanaşı, innovativ texnologiyaların tətbiqi üçün əlverişli hüquqi mühit formalaşdıracaq və Azərbaycanın bu sahədə beynəlxalq tendensiyalara uyğun inkişafını dəstəkləyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Avqust 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri