Icma.az
close
up
RU
“Avtoqəza hadisəsindən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir”

“Avtoqəza hadisəsindən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir”

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, İmişlidə polis əməkdaşının törətdiyi avtoqəza nəticəsində iki azyaşlının həyatını itirməsi sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Bu hadisədən polisə və iqtidara qarşı istifadə cəhdləri açıq-aydın görsənir. Bədbəxt hadisəyə sizin münasibətinizi bilmək istərdik...

- Dünyasını dəyişən uşaqlara Allahdan rəhmət, yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirəm. Yaralananların Allah şəfasını versin. Ağır və üzücü hadisədir. Çox təəssüf ki, hər il ölkəmizdə yüzlərlə insan avtoqəzalar nəticəsində dünyasını dəyişir, şikəst olur. Avtoqəza törətmiş bəzi şəxslər hətta öz ailə üzvlərinin ölümünə səbəb olur. Başlanmış cinayət işi günahkarları müəyyən edəcək və həmin şəxs, yaxud şəxslər qanunla müəyyən olunmuş qaydada cəzalandırılacaq. İnsanların hadisəyə emosional reaksiyası qəzanın ağır nəticələri səbəbindən başa düşüləndir. Cəmiyyətimizdə hələ də müharibə həyəcanı qalmaqdadır. Ukraynadakı müharibə səbəbindən Rusiyada işləyən soydaşlarımızn ailə üzvlərinə göndərdiyi maliyyə vəsaitinin həcmi kəskin şəkildə azalıb, qonşu ölkələrlə quru sərhədlərin qapadılması səbəbindən bir çox vərtəndaşımızın həmin ölkələrdən ucuz bazarlıq etmək, sərhədyanı ticarətlə məşğul olmaq imkanları aradan qaldırılıb. İnflyasiyanın artım tempi insanların gəlirlərinin artım tempini üstələyir ki, bu da əlavə sosial gərginlik yaradır. Ona görə mütəmadi olaraq hökuməti sərhədləri açmağa, iqtisadi islahatları genişləndirməyə çağırıram. Hadisə ehtiyatsızlıqdan törədilib. Bu kimi hadisələr dünyanın ən inkişaf etmiş və insan həyatına yüksək qiymət verilən mədəni ölkələrində də baş verir. Bəzi Qərb ölkələrində polis zorakılığından ölənlərin sayı minlərlədir. Şükür Allaha ki, bizdə belə hadisələr baş vermir. Avtoqəza hadisəsindən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir. Biz onsuz da son vaxtlar polisə, təhlükəsizlik orqanlarına qarşı xaricdən sistemli şəkildə təşkil olunan və aparılan qara piar kampaniyasını müşahidə etməkdəyik. Hesab edirəm emosional vəziyyətdə etiraz aksiyasına qoşulmuş və polis avtomobilinə ziyan vuran şəxslərə münasibətdə də sərt qərarlar qəbul olunmamalıdır. Ölkəmizin inkişafı və təhlükəsizliyimiz üçün ölkəmizdə sabitlik qorunmalı, eyni zamanda islahatlar həyata keçirilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Yanvar 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri