Nayrobidə Zəfər Günü ilə bağlı mərasim keçirilib
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın Keniyadakı Səfirliyinin təşkilatçılığı, Keniya Xüsusi Təlim-Tədris İnstitutu (KXTTİ) və Keniya Prezidentinin qızı Şarlin Rutounun rəhbəri olduğu “Beynəlxalq Gənclər Şəbəkəsi” ictimai birliyinin dəstəyi ilə keniyalı gənclərin, Azərbaycan icmasının və media nümayəndələrinin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan təntənəli tədbir keçirilib.
XQ xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb
Tədbir çərçivəsində, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə keçən il KXTTİ-nin nəzdində təsis olunmuş Keniya Gənclərinin Liderliyi və İnnovasiya Mərkəzində panel müzakirə keçirilib. Tədbir iştirakçıları Azərbaycanın münaqişənin həlli və münaqişədən sonra bərpa-yenidənqurma, humanitar minatəmizləmə prosesindəki təcrübəsi, həmçinin dayanıqlı sülh və regional əməkdaşlıqla bağlı mövqeyi və atdığı addımlar ətrafında fikir mübadiləsi aparıblar.
“Zəfərdən sülhə və yenidənqurmaya” mövzusunda nümayiş etdirilən video və foto-sərgi keniyalı gənclərdə tarixi qələbəmizin unudulmaz anları və postmünaqişə dövrünün inkişaf mərhələləri haqqında təəssürat yaradıb. “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində Azərbaycanda ali təhsil alan bir qrup keniyalı tələbə Bakıdan canlı bağlantı ilə qoşuldular.
Tədbirdə Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən bəhs edildi. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birlik, əzm və qətiyyətinin təntənəsinə çevrilib. Azərbaycanın qələbədən sonrakı dövrdə regionda dayanıqlı sülhə və əməkdaşlığa yönəlmiş ardıcıl səyləri qeyd edildi. Azərbaycanın həyata keçirdiyi bərpa, yenidənqurma, humanitar minatəmizləmə və reinteqrasiya fəaliyyəti münaqişədən çıxan digər ölkələr üçün dəyərli təcrübə olduğu vurğulandı.
Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş təntənəli bədii proqram təqdim edilib. Konsert proqramında Azərbaycanlı və keniyalı rəqqaslar tərəfindən ifa olunan xalqımızın milli rəqs nümunələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlara milli mətbəx nümunələrimiz təqdim olunduğu ziyafət verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Noyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















