Avtoxuliqanlıq edən sürücü CƏRİMƏLƏNDİ VİDEO
Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avtoxuliqanlıq edən sürücü cərimələnib.
Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Patrul.az-a verilən məlumata görə, avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
"Araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin 2007-ci il təvəllüdlü, Qobustan rayon sakini olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxs 500 manat məbləğində cərimə olunub" , - məlumatda qeyd olunub.
Həmin görüntüləri təqdim edirik:

