Avtoxuliqanlıq edən sürücünün işi MƏHKƏMƏYƏ göndərildi
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı onlayn mediada yayılan videogörüntü araşdırılıb və qanunvericiliyə uyğun tədbirlər görülüb".
Bu məlumatı Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev verib.
"VAZ-2105 markalı, 10-EC-357 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü ilə bağlı Oxu.Az və digər saytlarda yayımlanan videogörüntü araşdırılarkən hadisənin paytaxtın Maştağa qəsəbəsi ərazisində qeydə alındığı, qayda pozan sürücünün isə Elvin Nəcəfov olduğu müəyyən edilib.
Törədilmiş hüquqazidd əməllə bağlı qanunvericiliyə uyğun sənədləşdirmə aparılıb və məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək ictimai qınaq obyektinə çevrilməmək üçün onları intizamlı olmağa, diğər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırır", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Baxış sayı:87
Bu xəbər 21 Dekabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















