Icma.az
close
up
RU
AXA nın mütəxəssisləri Samuxdan təhlükəli tullantıların Cəngi Pestisid Poliqonuna daşınmasını təmin edirlər VİDEO

AXA nın mütəxəssisləri Samuxdan təhlükəli tullantıların Cəngi Pestisid Poliqonuna daşınmasını təmin edirlər VİDEO

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 avqust, AZƏRTAC

Respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planının icrası məqsədilə sistemli işlər görülür.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, planın həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət işçi qruplar yaradılmaqla, 11 rayon üzrə 14 məntəqədən daşınması məqsədəuyğun hesab olunan təhlükəli tullantılara dair kütlə müəyyən edilib. Bu çərçivədə Samux rayonu ərazisində yerləşən keçmiş Kənd Kimya Birliyinin ərazisindən 64 kubmetr pestisid qalığı ilə çirklənmiş torpaq qatı xüsusi nəqliyyat vasitələri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Cəngi Pestisid Poliqonuna daşınıb.

Ümumilikdə proses çərçivəsində keçmiş Kənd Kimya Birliklərindən poliqona respublikanın 11 ərazisində yerləşən 14 məntəqədən 5088 kubmetr pestisid qalığı ilə çirklənmiş torpaq kütləsinin Cəngi Pestisid Poliqonuna daşınması planlaşdırılır.

Ötən il Ağstafa və Beyləqan rayonlarından ümumilikdə 747 ton istifadəyə yararsız pestisid və həmin maddələrlə bilavasitə qarışaraq çirklənmiş torpaq kütləsi zərərsizləşdirmək məqsədilə xüsusi nəqliyyat vasitəsilə Aqrar Xidmətlər Agentliyinin Cəngi Pestisid Poliqonuna daşınıb.

Təhlükəli maddələrin daşınması prosesinə cəlb olunan Cəngi Pestisid Poliqonunun xüsusi təlim keçmiş əməkdaşlarığının hazırlıq səviyyəsi, texniki avadanlıqların istismara yararlılığı Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən daim nəzarətdə saxlanılır. Təhlükəli tullantıların poliqonda qəbulu zamanı əməkdaşlar əməyin mühafizəsi və təhlükəsiz texnikası qaydalarına əməl olunması məqsədilə xüsusi geyim dəstləri və avadanlıqlarla təmin olunublar.

Qeyd edək ki, SSRİ-nin süqutundan sonra baxımsız vəziyyətdə qalan Kənd Kimya Birlikləri təbiətin və antropagen amillərin təsirindən dağılıb, burada saxlanan kimyəvi maddələr istismara yararsız vəziyyətə düşüb. SSRi dövründə pestisidlər əsasən metal çəlləklərdə saxlanılıb və zamanın təsiri ilə korroziyaya uğrayaraq pestisidlərin torpaqla təmasına şərait yaranıb. Dünyada istifadəsi beynəlxalq hüquq normalarına uyğun olaraq qadağan edilmiş pestisidlərin istifadəyə yararsız vəziyyətə düşmüş qalıqları istər flora və faunanı, istərsə də insan sağlamlığını təhlükə altına alır. Bu məqsədlə istifadəyə yararsız, parçalanmayan üzvi birləşmələr Cəngi Pestisid Poliqonunda saxlanılır və onların ətraf mühitə vurduğu ziyan minimallaşdırılır. Bu səbəbdən tullantıların poliqona daşınması bilavasitə ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri