Icma.az
close
up
RU
Axı biz uzunömürlü idik...

Axı biz uzunömürlü idik...

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan tarixin yer kürəsinə bəxş etdiyi zəngin sərvətli, gözəl və bənzərsiz təbiətli, bir ölkədir. Və bütün bunlar da insan sağlamlığı üçün əsas amillər olduğu üçün deməli, azərbaycanlılar uzunömürlü ola bilərlər. Zamanın ayrı-ayrı dövrlərində onların uzunömürlü olması rəsmi şəkildə təsdiqlənib. Azərbaycan uzunömürlü diyar kimi tanınıb. Lakin son zamanların araşdırması göstərdi ki, azərbaycanlılar Avropa, xüsusilə Qərbi Avropa ölkələrinin xalqlarına nisbətən az yaşayır.

Nə üçün Azərbaycanda ömür qısalır? Bir vaxtlar insanlar uzunömürlü olduğu halda, indi çox yaşaya bilmir. Səbəb nədir? Bütün bunlardan danışaq, səbəbləri axtaraq, araşdıraq, bir qənaətə gələk, görək nə üçün ömrümüz qısalır?

Nə vaxt uzunömürlü idik?..

Azərbaycan ötən əsrin əvvəlindən ortasınadək uzunömürlü insanların yaşadığı ölkə kimi tanınırdı. Xüsusilə Lerik, Yardımlı, Laçın, Quba kimi dağlıq və təmiz təbiətli rayonlarda uzunömürlü insanların sayı daha çox idi. Lerik rayonu bu baxımdan xüsusilə fərqlənirdi. Çünki orada 100 yaşını keçmiş insanlara tez-tez rast gəlinirdi və bir sıra antropoloji və gerontoloji tədqiqatlar da məhz bu bölgədə aparılmışdı. Sovet dövründə bu mövzu diqqət mərkəzində olmuş, hətta “uzunömürlülük zonası” anlayışı formalaşmışdı və Azərbaycanın adı bu sahədə Gürcüstan, Abxaziya və Ermənistanla yanaşı qeyd edilirdi.

Maraqlıdır, bəs səbəb nə idi ki, insanlar uzun ömür yaşaya bilirdi? Nəzər salaq:

-Təbii və təmiz mühit: dağlıq rayonlarda ətraf mühitin çirklənməsi az, yəni hava təmiz, su isə minerallarla zəngin olur;

-Sağlam qidalanma: kənd həyatında təbii qida istehlakı üstünlük təşkil edirdi; qidalanma əsasən təbii məhsullardan ibarət idi: süd məhsulları, təzə tərəvəzlər, meyvələr və ət.

-Fiziki aktivlik: insanlar gündəlik kənd işləri ilə məşğul olur, otlaqda, bağda, maldarlıqda aktiv həyat tərzi keçirirdilər. Oturaq həyat tərzi nadir idi.

-Az stress və güclü ailə dəyərləri: insanlar daha sadə və sosial cəhətdən bağlı həyat tərzi sürürdülər; ailə dəstəyi güclü idi, bu da psixoloji rifaha müsbət təsir göstərirdi.

-Genetik amillər: uzunömürlülüyün qismən irsi olduğu da məlumdur. Bəzi ailələrdə 90-100 yaşı keçən nəsillər ard-arda müşahidə edilirdi.

Maraqlıdır ki, hətta 1991-ci ildən Lerikdə “Uzunömürlülər Muzeyi” fəaliyyət göstərir və burada 100 yaşı keçmiş insanların həyatına dair sənədlər və fotolar toplanıb.

Bəs nə üçün ömrümüz qısalmağa başladı?

Uzunömürlü olduğumuz həmin illərlə ömrümüzün qısaldığı illər arasında müqayisə apardıqda oxşar və oxşar olmayan səbəblər də göz önünə gəlir. Məsələn, hazırda da təbiəti gözəl dağ rayonlarımız var. Düzdür, süni qidalar dağ rayonlarına, hətta ən ucqar kəndlərə qədər gedib çıxıb, lakin həmin kəndlərdə yenə də təbii məhsullar var və insanların əksəriyyəti o qidaları istehlak edir. Ətraf mühitin çirklənməsi qlobal problem olsa da, kəndlərdə bu, bir qədər fərqlidir, çünki təmiz dağ havası, bol günəş, oksigen onu rayon mərkəzlərindən və şəhərlərdən fərqləndirir. Ailə dəyərləri isə bizim mental dəyərlər sisteminə daxildir və xüsusilə kəndlərdə daha çox yaşadılır.

Bəs nə üçün ömür qısalır? Bax, maraqlı olan budur. Nəzər salaq.

Kəndlərdə hava təmiz, su saf, günəş bol olsa da, gəlin görək insan 30 il əvvəl ilə müqayisədə təmiz havada, günəş şüaları altında nə qədər qalır, onun fiziki aktivliyi, necə, əvvəlki illərlə müqayisədə eynidir? Əlbəttə, xeyr.

Nəzər salsaq, kəndlərimiz hər gün boşalır. Qıfıllı qapıların sayı gündən-günə artır. Təhsil alıb gələcəyini şəhərdə qurmaq istəyən və yaxud da kəndin gündəlik ağır iş rejimindən boyun qaçırıb şəhərlərdə yaşamağı seçən gənclər oranı tərk edir. Özlərinə bir iş tapandan sonra ailə qurur, övladları dünyaya gəlir. Bundan sonra ya onları uşaq bağçasına etibar edə bilmir, ya dövlət bağçasında yer ala bilmir, ya da özəl bağçalara uşağını verməyə imkanı çatmır. Bu səbəbdən də kəndlərdə yaşayan valideynləri köməyə çağırır, Onlar da övladlarının sözünü yerə sala bilmir, şəhərə köçürlər. Beləliklə də onların təmiz havası, saf suyu, bol günəşi və xüsusilə fiziki aktivliyi elə kəndlərdə qalır. Yeni həyat onlara yeni vərdişlər, həyat tərzi təqdim edir.

Kəndlərdə yaşayan insanlar isə təbii ki, əvvəlki illərdəki həyatı yaşamır. Bu gün kəndlərimizdə təndir salıb çörək bişirən qadın tapmaq məncə çıraq işığı ilə axtarmaqla da tapılan deyil. Mal-heyvan saxlayıb səhər-axşam vedrəsini götürüb onları sağmağa gedən qadınlar çox azalıb. Deməli, süd yoxdursa, təbii qidalar-pendir, şor, qatıq, yağ da yoxdur, aktiv həyat da...

Hansı kəndli ilə söhbət etsən, suvarma suyundan giley edir. Sanki bu su göyə çəkilib. Məlumdur ki, son illər iqlim dəyişməsi bütün dünyada su qıtlığı ilə müşahidə olunur. Lakin bu, o demək deyil ki, kəndlərdə su qəhətə çıxıb. Görünür, kəndlərdə bu işə nəzarət edən qurum əhali arasında su bölgüsünü normal şəkildə qura bilmir. Odur ki, kəndlilər əvvəlki illərdəki qədər əkin əkmir. Bu isə onların fiziki aktivliyini əlindən alıb.

Əsas məsələyə gəlim. Həyatımıza yeni texnologiyalar, internet daxil oldu-olmadı, öz “töhfələrini” də verməyə başladı. Bəlkə də razılaşmayan olar. Lakin gəlin, görək, paltaryuyan, qabyuyan, ətçəkən, tozsoran, ədviyyat üyüdən, qarışdıran, doğrayan, bişirən, qızardan, isidən maşınlar qadınların əlindən nələri alıb? Fiziki aktivliyi almayıbmı? Və yaxud da elektrik mişarı, otbiçən, otdoğrayan, kartofəkən, buğdabiçən maşınlar kişilərin əlindən nələri alıb, fərqinə varan varmı? Bunların hər biri ötən əsrin əvvəllərindən ortalarınadək belə deyildi axı...

Və əsas məsələyə gələk, həyatımıza daxil olan smartfon telefonlar. Bu gün kənddə, şəhərdə hər kəsin əlində telefon var. İçərisi də sosial şəbəkələrlə doludur. Bunlar o qədərdir ki, insanın bütün gününü zəbt edir. İllərdir, insanlar telefon asılılığı yaşayır. Hər gün artan sosial şəbəkələr isə insanı oturmağa, hər biri ilə bir neçə saat məşğul olmağa vadar edir.

Beləliklə, kəndli iş-gücünü ötürüb, əşi, tərəvəzdir, gedib rayon mərkəzindən alaram, çörəkdir, kənddəki çörək sexindən alaram, qatıqdır, kərədir, şordur, süddür, bazar doludur, deyib, yavaş-yavaş mal-heyvanın ayağını həyətindən kəsir, əkin-biçin işlərini azaldır. Odur ki, bu gün belə bir deyim də formalaşıb ki...

Kəndlər şəhərləşır...

Bəli, istənilən kəndə üz tutsaq, orada uşaqlığımızın kəndini görə bilmərik. İnsanlar evlərə yığışıb həyətdəki ağacların altı boşalıb. Çayı da odun somavarı deyil, evlərə ayaq açan elektrik somavarları qaynadır. Qonşular bir-birinin üzünü həftələrlə görmür. Televizorların səsi bayırdan kiminsə səslənməsini eşidilməz edir.

Kəndlərdən əvvəlkitək qoyun-quzu səsi də gəlmir. İnsanlar bu sahə ilə o qədər az məşğul olur ki, axşamçağı sürü ilə örüşdən kəndə qayıdan mal-qara, qoyun-quzu sürüsü indi tamamilə seyrəkləşib.

Bütün evlərə ilan kimi sarılan internet dalğaları gözəgörünməz xəstəlik kimi insanların canına daraşıb onları çarpayıda yox, elə ayaq üstündəcə məhv etməkdədir. Qoca, cavan, uşaq-hər kəsin əlində bir telefon öz guşəsinə çəkilib. Bu telefonların içindəki qənimlər isə insanları evlərə saatlarla qapadır, onları təmiz havadan, bol oksigendən, əkindən-biçindən, mal-heyvan saxlamaqdan məhrum edir, fiziki aktivliyini torpağa gömür.

Təsərrüfat işlərinə az da olsa, vaxt ayıranlar isə yuxarıda da dediyim kimi, ya su tapmır, ya bazar alverçilərinin fırıldağına tuş gəlib məhsulunu ucuz qiymətə satdığı üçün gələn il əkməməyi planlaşdırır, ya kəndin abadlaşdırılan yolları ilə mal-heyvanı örüşə aparmağa icazə olmadığı üçün alternativ yol tapa bilməyib əlacsız qalır və bu işə son qoymağa qərar verir, ya da “ta bəsdir kənd həyatı, gedim Bakıda özümə yüngül bir iş tapım, gəlim ailə-uşağımı da aparıb orada ömür sürüm”,- deyir.

Bax, cavanlar, orta yaşlılar, qocalar bu səbəblərdən kəndləri tərk edir, şəhərləşən kəndlər isə boş qalır: sükuta dalıb “gözü” yolda sakinlərini gözləyir. Sakinləri isə yeni həyatda yeni həyat tərzi gözləyir. O həyat tərzi ki, hər il orta ömür uzunluğuna “töhfəsiz” ötmür. Axı bizim uzunömürlülərimiz əsasən rayonlarda yaşayan insanlardır.

100-dən 70-ə endik

Azərbaycanla Avropa ölkələrinin ömür uzunluğu arasında fərq xeylidir. Orta ömür uzunluğu Azərbaycanda təxminən 73-74 yaş (kişi və qadınların ortalaması), Avropa ölkələrində isə təxminən 80-82 yaşdır. Bu, Azərbaycanda kişilər üçün təxminən 70, qadınlar üçün 76, Avropada isə 83-85 yaşdır.

Bəs necə oldu ki, vaxtilə 100, hətta 100-dən çox ömür sürən insanların ömür uzunluğu düz 30 il aşağı endi? Müasir dövrümüz üçün aktual olan məsələlərə diqqət edək.

Azərbaycanda orta ömür uzunluğunun bəzi Avropa ölkələrinə nisbətən daha aşağı olmasının əsas səbəbləri bunlardır:

- Azərbaycanda səhiyyə sistemi son illərdə inkişaf etsə də, səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə çoxsaylı islahatlar həyata keçirilsə də, bəzi bölgələrdə hələ də tibbi xidmətlərə əlçatanlıq və keyfiyyət məsələləri mövcuddur, tibbi personalın sayı və resursların bölgələr arasında qeyri-bərabər paylanması hələ də problem olaraq qalır. Dövlət səhiyyə sisteminin bəzi hallarda müasir tibbi texnologiyalar və keyfiyyətli kadrlarla təminatı zəif olduğu üçün insanlar özəl klinikalara yönəlir, lakin təəssüf ki, bu da hər kəs üçün əlçatan deyil.

Sağlamlıq maarifçiliyinin zəif olması insanların bəzən ilkin simptomları ciddiyə almaması, müayinəyə gec getməsi və ya profilaktik tədbirlərə əməl etməməsi ilə nəticələnir. Eləcə də apteklərdə satılan dərmanların keyfiyyətinə nəzarət mexanizmi də zəif olduğundan sağalma ehtimalı da azalır.

- Qidalanma vərdişləri və həyat tərzi də ömür uzunluğuna təsir edən mühüm amillərdir. Yağlı və duzlu qidaların istehlakı, fiziki aktivliyin aşağı olması və siqaret çəkmə vərdişi kimi faktorlar sağlamlıq problemlərinə səbəb olur. Azərbaycanda kişilər arasında siqaret çəkmə nisbəti yüksəkdir.

-Ətraf mühitin çirklənməsi, xüsusilə Abşeron yarımadası və Sumqayıt kimi sənaye bölgələrində hava və su çirkliliyi yüksəkdir. Bu çirklənmə ürək-damar xəstəlikləri və digər sağlamlıq problemlərinin artmasına səbəb olur. Hipertoniya, şəkərli diabet, piylənmə də geniş yayılıb. Bu xəstəliklərin qarşısının alınması və erkən diaqnozla idarə olunması kifayət qədər deyil.

​- Psixoloji gərginlik və stress də səbəblərdən biridir. Belə ki, işsizliyin çox olması müxtəlif sosial problemlərə yol açır, uzunmüddətli stressə səbəb olur. Bu da orqanizmə mənfi təsir göstərir.

-Qeyri-sabitlik uzun ömürlülük üçün problem yaradır. Düşünsək ki, Azərbaycan ötən əsrdən bəri iki dəfə müharibə yaşayıb və çoxsaylı itki verib, minlərlə soydaşımız qaçqın, köçkün həyatı yaşayıb, bütün bunlar gərginliyə və stressə yol açdığından təbii ki, ömür göstəricisinə də təsir etməmiş deyil.

-Gənc yaşda ölümlərin sayı da uzun ömür göstəricisi üçün problem yaşayır. Ötən əsrin 90-cı illərində və 2020-ci ildə Birinci və İkinci Vətən müharibəsində minlərlə gənc yaşda vətəndaşın həyatını itirməsi sonrakı illər üçün orta ömür göstəricisini aşağı salan amillərdəndir.

Bu səbəblər Azərbaycanda ömür uzunluğunu azaldıb və azaltmaqdadır. Elə 100-dən 70-ə enməyimizin səbəbə də sözsüz ki, bunlardır.

Kim 100 il yaşamasa...

Təbii ki, günah onun özündədir. Yaşam tərzi 30-40 il əvvəlkindən xeyli fərqli olsa da, yeni texnologiyalar gündəlik həyatımızı zəbt etsə də, GEMO məhsullar təbii məhsulları çıxışdırıb bazardan çıxarsa da, ətraf mühit çirklənsə də, lakin biz yaranmışların alisi olaraq bunlarla mübarizə apara bilərik. Çünki onların həyatımıza daxil olmasına elə özümüz şərait yaratmışıq. Gəlin baxaq, texnologiyaları, interneti insan yaratmayıb, kim yaradıb? GEMO məhsulları necə, insan yaratmayıb? Ətraf mühiti bəs, insan çirkləndirmir, kim edir?

Dünyada yaradılan canlıların hər biri yarandığı gündən necə yaşayıbsa, eləcə də yaşayır, təbiətə xeyrini verir. Tək insan övladı yaşayış tərzini dəyişir. Yeni axtarışlar, uğurlar, bu uğurların fonunda başgicəllənmələr, insanın insana hər mənada zülmü elə insanın özünə zərər verir. Bir də ətraf mühitə.

Beləliklə, ömrümüzü uzun etmək də, qısa etmək də yalnız bizimlə bağlıdır. Dünyanın harasında olursa-olsun, insan yaradıldığı kimi qalarsa, hansı şəraitdə sağlam, xoşbəxt, dinc yaşaması müəyyən olunubsa, o mühitdə həyata davam edərsə, sözsüz ki, ömrü də uzun olar. Odur ki, insanlığın keçmişinə qayıdaq: həyat tərzimizə, vərdişlərimizə, günlük həyatımıza, kəndimizə, bir sözlə, özümüzə qayıdaq.

Qayıtmasaq, kim 100 il yaşamasa, günah yalnız özündədir...

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see431

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see233

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see226

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see196

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see193

Neft emalı zavoduna endirilən zərbədən sonra Moskvaya Pantsir raket sistemləri yerləşdirilməyə başlayıb

23 İyun 2026 07:49see193

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see177

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see175

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see168

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see161

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see159

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see157

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see157

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see154

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see149

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see149

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see145

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see145

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see145

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri