Axı maaşları vaxtında verilir, bütün təminatları yerindədir Klub prezidentinin səbr kasası daşdı
Icma.az, Fanat saytına istinadən bildirir.
II Liqanın debütantı olmasına baxmayaraq, mövsümə inamlı başlayan, hətta bir müddət liderlər mövqeyində qərarlaşan "Şirvan" uğursuzluq zolağına düşüb. Bölgə təmsilçisi son 6 matçda qələbə qazana bilməyib. Komanda bu görüşlərdə cəmi 2 xal əldə edə bilib. "Şirvan"ın problemi nədir?
Bu barədə Fanat.Az-a danışan klubun prezidenti Ramil Tağıyev uğursuz nəticələrə görə komanda üzvlərindən hesabat tələb etdiyini deyib:
"Açığı, özümə də qaranlıqdı. Hələ "Ağdaş"la oyundan əvvəl klubdaxili toplantı keçirdim, son oyunlarda qələbə qazana bilməməyimizin səbəbini soruşdum. Həm baş məşqçini, həm də futbolçuları dinlədim. Bildirdilər ki, komandanın aparıcı oyunçusu Qərib İbrahimovun diskvalifikasiya olunması çıxışlarına təsir edir. Oyun onun üzərində qurulur. Qəribin cəzası məhz bu görüşdə bitdiyi üçün söz verdilər ki, meydandan qalib ayrılacaqlar. Ancaq yenə olmadı, alınmadı. Halbuki, bu rəqibi ilk dövrədə səfərdə udmuşdular. İndi niyə bunu bacarmırlar? Açığı, özüm də ruhdan düşürəm. Axı klubda heç bir problem yoxdur. Maaşlar vaxtında verilir, bütün təminatları yerindədir".
Qeyd edək ki, 12 turdan sonra hesabında 17 xal olan "Şirvan" 6-cı sırada qərarlaşıb. Komanda 5-ci pillədə qərarlaşan "Şəmkir"dən 7 xal geri qalır. Bölgə təmsilçisi növbəti oyununu 16 dekabrda səfərdə "Göygöl"ə qarşı keçirəcək.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 10 Dekabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















