Icma.az
close
up
RU
“Azərbaycanda oynadığım voleybol həyatımda nəzərəçarpan iz buraxıb” Nikol Devisin ə EKSKLÜZİV MÜSAHİBƏSİ

“Azərbaycanda oynadığım voleybol həyatımda nəzərəçarpan iz buraxıb” Nikol Devisin ə EKSKLÜZİV MÜSAHİBƏSİ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan voleybolunda böyük yüksəliş dövrü yaşanan illərdə, klubların dünya ulduzlarını heyətlərinə cəlb etdiyi vaxtlarda Nikol Devis ən parlaq adlardan biri idi. 2010/2011 mövsümündə ABŞ-dən olan libero “Lokomotiv”də çıxış edərək “Çelenc Cup”ın finalına qədər irəliləmişdi.

Olimpiya oyunlarının ikiqat gümüş mükafatçısı və dünya çempionu olan Nikol Devis İdman.Biz-ə müsahibəsində Azərbaycandakı karyerasını xatırlayıb, hazırda nə ilə məşğul olduğu barədə danışıb.

- Nikol, Azərbaycanda oynamağınızdan bu yana uzun illər keçib. “Lokomotiv”dəki mövsümü necə xatırlayırsınız?

- Bu, karyeramın çox isti və zəngin mərhələsi idi. Sizin ölkə o dövrdə əsl voleybol yüksəlişi yaşayırdı - güclü liqalar, azarkeşlər, enerji ilə dolu atmosfer. “Lokomotiv” əla komanda idi və mən özümü iddialı bir layihənin parçası kimi hiss edirdim. Biz böyük yol keçdik və “Çelenc Cup” finalına çıxmağı bacardıq – bu, xüsusi nailiyyət idi.

- Bakıda olduğunuz dövrdən ən çox nə yadda qalıb?

- İnsanlar. Azərbaycanlılar inanılmaz dərəcədə qonaqpərvər idilər. Mən dəstəyi təkcə klub daxilində deyil, ondan kənarda da hiss edirdim. Bakı gözəl və canlı şəhərdir, boş vaxtımda onu kəşf etməkdən həzz alırdım. Yalnız xoş xatirələrim qalıb.

- Həmin mövsüm karyeranıza nə dərəcədə təsir etdi?

- Mənə böyük inam qazandırdı. Bu, meydanda sabitlik və liderlik üzərində çox çalışdığım dövr idi. Azərbaycanda oynayarkən daha yetkin voleybolçuya çevrildim. Belə beynəlxalq mərhələlər idmançını daha çevik edir, fərqli oyun üslublarına və mədəniyyətlərə uyğunlaşmağı öyrədir.

- Bir çox ölkələrdə oynamısınız, müqayisə etmək imkanınız var. Həmin illərdə Superliqanı nə qədər güclü saymaq olardı?

- Səviyyə doğrudan da yüksək idi. Liqada çoxlu xarici ulduzlar çıxış edirdi ki, bu da hər oyunu çətin sınağa çevirirdi. Komandalar rəqabətədavamlı idi və matçlar çox vaxt gərgin mübarizə şəraitində keçirdi. Bəzən onların taleyi tay-breykdə həll olunurdu. Bu, Azərbaycan voleybolunun inkişafı üçün mükəmməl bir dövr idi.

- Hazırda nə ilə məşğulsunuz?

- Voleybolda işləməyə davam edirəm, amma artıq meydandan kənarda. Vaxtımı tədrisə, məsləhətçiliyə, gənc idmançılarla işləməyə və mental hazırlığın inkişafına həsr edirəm. Təcrübəmi bölüşmək, idmançıların təkcə fiziki deyil, həm də psixoloji cəhətdən böyümələrinə kömək etmək mənim üçün önəmlidir. Voleybol həyatımın çox vacib hissəsi olaraq qalır.

- Bu gün Azərbaycan klublarının çıxışını izləyirsinizmi?

- Vaxtaşırı - bəli. Azərbaycandakı voleybol həyatımda nəzərəçarpan iz qoyub, buna görə də liqanın necə inkişaf etdiyini, hansı oyunçuların gəldiyini, səviyyənin necə dəyişdiyini görmək mənim üçün həmişə maraqlıdır. Hər zaman klublarınıza uğur arzulayıram.

- Bakını yenidən ziyarət etmək istərdinizmi?

- Böyük məmnuniyyətlə! Bu, qayıtmağın xoş olduğu bir şəhərdir. Əgər imkan olsa - böyük voleybol tədbiri və ya sadəcə bir səyahət üçün – böyük sevinc və həvəslə Bakıya gələrəm.

Zəki Feyzullayev

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Dekabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri