Icma.az
close
up
RU
“Axmaq” səhvlər və ...“Qarabağ” yenə uduzdu

“Axmaq” səhvlər və ...“Qarabağ” yenə uduzdu

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarabağ (Ağdam) – Turan Tovuz 1:2 (1:0)
1. Şahruddin Məhəmmədəliyev (k) – 5,5
24. Aleksey İsayev – 5,0
(6. Julio Romao, 69) – 4,5
13. Bəhlul Mustafazadə - 5,0
27. Toral Bayramov – 5,0
22. Musa Qurbanlı – 6,0
(8. Marko Yankoviç, 81) – qiymətsiz
29. Marko Veşoviç – 5,5
(30. Abbas Hüseynov, 46) – 4,5
66. Patrik Andrade – 5,0
7. Yassin Benzya – 5,0
2. Mateus Silva – 5,0
21. Aleksey Kaşuk – 5,0
(15. Leandro Andrade, 62) – 4,5
11. Emmanuel Addai – 5,0
(10. Abdulla Zubir, 69) – 4,5
Ehtiyat oyunçular
97. Fabian Buntiç
20. Riçard Almeyda
55. Bədavi Hüseynov
44. Elvin Cəfərquliyev
90. Nəriman Axundzadə
81. Kevin Medina
19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Musa Qurbanlı
41. Sergey Samok – 6,0
17. Rəhim Sadıxov – 6,5
88. Faiq Hacıyev – 5,5
7. İsmayıl Zülfüqarlı – 5,5
77. Veysəl Rzayev – 5,5
(44. Rüfət Əhmədov, 85) – qiymətsiz
9. Kristian da Silva (k) – 5,5
(29. Anton Kraçkovski, 79) – qiymətsiz
23. Alexandro Serrano – 5,5
90. Joarlem Santos – 5,5
(80. Otto Con, 65) – 7,0
15. Emmanuel Hakman – 5,5
40. Kauan Martins – 6,6
21. Aleks Souza – 5,5
(11. Ayxan Hüseynov, 79) – qiymətsiz
Ehtiyat oyunçular
1. İvan Konovalov
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
8. Tural Bayramlı
99. Sadiq Şəfiyev
30. Mircamal Əlizadə
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Otto Con
Qollar: M.Qurbanlı, 7 (1:0, M.Veşoviç). K.Martins, 90 (1:1, R.Sadıxov). O.Con, 90+4 (1:2, A.Serrano).
Vərəqələr: R.Sadıxov, 38 (hakimin qərarına etiraz). P.Andrade, 74 (qeyri-idman hərəkəti). M.Yankoviç, 90+2 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov (Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
26 yanvar. Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. 1200 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 7,0.
Avrokuboklarda keçirdiyi uğursuz mövsüm üzündən pley-off şansını itirən və xeyli bitkin görünən “Qarabağ”a “yağlı tikə” kimi baxmaq nə dərəcədə məqsədəuyğundu? Bunu demək çətindi. Ona görə ki, “köhlən atlar” futbolun hər üzünü görüb, istənilən ssenariyə hazırdı. Bunu nə “bozqurd”un əzmkar qələbəsini kiçiltmək üçün deyirəm, nə də ağdamlılara “Olimpiakos”la oyun ərəfəsində motivasiya vermək üçün. Sadəcə, ya həqiqətən “Turan Tovuz”a Allah yardım etdi, ya da Kurban Berdıyev Qurban Qurbanovun zəif nöqtəsini tapıb və bunu hamıdan gizlədir.

Şəxsən mən durumu qiymətləndirməkdə çətinlik çəkirəm. Ona görə yox ki, “bozqurd” qələbəyə layiq çıxış etmədi. Ona görə ki, hər şey bir anda baş verdi. Bu, taleyin sürprizi idi, yoxsa hansısa səhlənkarlığa qarşı hazırcavablığın nəticəsi? Hadisələrin axarıyla tanış olun və qərarı siz verin.
Gözlənildiyi kimi, “Qarabağ” oyuna hücumlarla başladı və tezliklə hesabı açdı. Artıq 7-ci dəqiqədə Benzya Addainin göndərdiyi topu qarşılayıb Veşoviçə çatdırdı. Belədə sonuncunun ötürməsindən maksimum yararlanan Musa komandasını sevindirdi.
“Köhlən atlar”ın növbəti hücum cəhdi 11-ci dəqiqəyə təsadüf etdi. Bu dəfə Benzya özü bəxtini sınasa da, Samok təhlükəni sovuşdura bildi. Ardınca “Turan Tovuz”un hesabı bərabərləşdirmək arzusu puç oldu. Souza adını tabloya yazdıra bilərdi ki, dirəyi “nişan aldı”. Qonaqların növbəti cəhdinə Şahruddin mane oldu. Qapıçı Serranonun ötürməsindən sonra başla fərqlənmək istəyən Joarlemi məyus etdi. “Bozqurd”un yeni hücumçusunun digər zərbəsini zərərsizləşdirmək də qolkiper üçün çətin olmadı. Bundan sonra “Qarabağ”ın fərqi artırmaq yönündə aramsız həmlələrinə şahidlik etdik. Lakin Musa və Torala qeyri-dəqiqlik, Kaşuka Samok imkan vermədi. Nəticədə “köhlən atlar” fasiləyə minimal üstünlüklə yollandı.
İkinci hissənin ilk dəqiqələrində hücum baxımından hərəkətlilik hiss edilməsə də, 63-cü dəqiqədə “Turan Tovuz” fərqlənməyə yaxın oldu. Dəqiq desək, Joarlem debütünü qolla taclandırmaq istəyirdi ki, Şahruddin səddinə ilişdi. Qolkiper 66-cı dəqiqədə Da Silvanın uzaqdan tora qovuşdurmaq istədiyi topa da yiyələndi. Bir qədər sonra fərqlənmək eşqinə düşən Ottonu da məyus edən qapıçı 90-cı dəqiqədə təslim oldu. O başqa məsələ ki, buna qədər iki dəfə bəxtini sınayan Benzya birincidə qeyri-dəqiq oynadısa, ikincidə Samokla bacarmadı. Qola gəlincə, Romao kornerə səbəbkar oldu, Kauan Rəhimin künc zərbəsindən göndərdiyi topu başıyla qəbul etdi, sol ayağıyla tora qovuşdurdu.
Heç kimin gözlədiyi ssenari isə 90+4-cü dəqiqədə yaşandı. Belə ki, qonaqlar “Qarabağ” üçün soyuq duş effekti verən qolu vurmaqla güclü rəqibinin meydanından qalib ayrıldı. Əlbəttə, tovuzlular bunun üçün Ottoya və rəqibin “yatan” müdafiəçilərinə - Bəhlul, Mateus və Abbasa təşəkkür borcludu.
Gözdən qaçmadı
“İmarət Tayfa”, “Qarabağ Ordu” və “Ultras Turan” fanklubları tribunada idi. Maraq üçün qeyd edək ki, stadionda 600-ə yaxın tovuzlu azarkeş var idi. “Bozqurd” qələbəni onlarla qeyd etdi.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Fevral 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri