Trampın Çin səfərinin detalları Almaniyada gündəmə gəldi
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Çində apardığı məsləhətləşmələr barədə məlumatlandırılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ liderinin kürəkəni Cared Kuşner özünün "X" sosial şəbəkə hesabında yazıb.
"ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və mən bu gün Kansler Merts, eləcə də onun təhlükəsizlik məsələləri üzrə müşaviri Günter Zautterlə çox məhsuldar görüş keçirdik. Onlara Prezident Trampın Çindəki məsləhətləşmələri və Ukraynada ədalətli, davamlı və uzunmüddətli sülhün təmin olunmasına yönəlmiş son səylər barədə məlumat verdik", – deyə C.Kuşner qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Donald Tramp Şençjendə keçirilən APEC sammiti çərçivəsində üçtərəfli görüş keçiriblər. Bu tərkibdə görüş tarixdə ilk dəfə baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 19 Noyabr 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















