Icma.az
close
up
RU
Axşam 6 ya qədər məktəbdə oturmaq müəllimə sərf edəcək? “Bunu dəstəkləmək lazımdır”

Axşam 6 ya qədər məktəbdə oturmaq müəllimə sərf edəcək? “Bunu dəstəkləmək lazımdır”

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Əvvəla, bu proses ilkin olaraq könüllülük prinsipi əsasında həyata keçiriləcək. İkincisi, müəllimlərin əksəriyyəti dərs verməkdən əlavə repitetorluq fəaliyyəti ilə məşğul olur".

Bu sözləri “Yeni Sabah”a təhsil eksperti Ramin Nurəliyev deyib.

O, elm və təhsil naziri Emin Əmrullayevin Mili Məclisin komitə iclasında səsləndirdiyi fikirləri şərh edib.

"Müəllim maaşlarının aşağı olmasının əsas səbəblərindən biri həftəlik dərs saatının az olmasıdır. Hazırda 4 müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Bu qədər işləyən adamın maaşı da aşağı olur. Buna görə də bizim sertifikatlaşdırma yanaşmamızın növbəti mərhələsində (2027–2030-cu illər) əsas məqsəd müəllimlik peşəsində saatlıq, yarımştat, təsadüfi dərs demə praktikasını aradan qaldırmaqdır. Müəllimlərin işini daimi və peşəkar əsasda qurmaq lazımdır. Hər birimizin 9:00–18:00 iş qrafiki varsa, müəllimlər üçün də daimi iş modeli yaradılmalıdır", - deyə nazir vurğulamışdı.

Öz növbəsində, Ramin Nurəliyev bildirib ki, bu prosesin icrası gənc müəllimlər üçün daha əlverişli olacaq: 

“Təkcə Bakı şəhəri deyil, regionları da nəzərə almaq lazımdır. Hazırda proses könüllü olaraq icra olunacağı üçün vaxt məsələsi ilə bağlı problem olmayan hər bir müəllim yeni proqrama qoşula biləcək. Eyni zamanda, gənc müəllimlər üçün bu proses daha sərfəli olacaq.

İcra olunmağa başladığı halda əməkhaqqı standart olacaq. Yəni hazırkı məbləğdən yüksək. Hansısa gənc müəllim ümumitəhsil məktəblərində fəaliyətə başlayanda maksimum 500 manat məbləğində maaş alır. Bu layihəyə qoşulacaq müəllilər isə 1000 manatdan çox məvacib alacaqlar”. 

Ekspert qeyd edib ki, dünyanın bir çox ölkəsində bu proses icbaridir:

“Prosesin məcburu olacağı haqqında hələlik dəqiq məlumat yoxdur. Lakin yeni sistem əvvəlkindən qat-qat yaxşıdır. Sosial mediada tənqid olunsa da, düşünürəm ki, hələlik bu haqda fikir bildirmək əsassızdır. Tənqid edənlər arasında müəllimlər də var. Narazılığı bildirərkən, müəllimi yox, ölkənin təhsil sitemini düşünmək lazımdır. Bu proses təhsilin inkişafına təkan verəcəksə, bunu dəstəkləmək lazımdır. Dünyanın heç bir ölkəsində dərs saatı anlayışı yoxdur. Elə bir müəllim modeli olmamalıdır. Müəllim dərs tədrisi ilə yanaşı, əlavə məşğələlərlə də məşğul olmalıdır. Şagirdin tərbiyəsi və mənəviyyatı ilə məşğul olmaq da müəllimin əsas vəzifələrindən biridir. Bu gün həmin müəllim modelini yaratmağı bacarmalıyıq”. 

Ramin Nurəliyev rayon müəllimlərini nəzərə almağın vacibliyini vurğulayıb:

“Əgər icbari olarsa, müəllimlər öncədən bu haqda məlumatlandırılacaq və proqramlarını uyğun şəkildə qura biləcəklər. Layihəyə başlamadan öncə müəllimin əməkhaqqı, nəqliyyat və yol məsələləri, habelə sosial məsələlər nəzərə alınmalıdır. Ev, mənzil təminatı məsələsinə də diqqət yetirilməlidir. Regionlara təyinat alan müəllim uzun illər orada fəaliyyət göstərəcəksə, onun əmlak alması üçün müəyyən şərait yaradılmalıdır. Güzəştli kredit kimi imkanlar müəllimlərə təklif olunmalıdır. MİQ imtahanların təşkili ilə bağlı hələlik dəqiq bir şey yoxdur. Prosesin necə keçiriləcəyi systemin icrasından sonra müzakirə olunacaq”.   

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 Noyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri