Icma.az
close
up
RU
“Axşam yeməyi yeyib yatıram” deməyin! Sahur vərdişi üçün 6 məsləhət

“Axşam yeməyi yeyib yatıram” deməyin! Sahur vərdişi üçün 6 məsləhət

Icma.az bildirir, Sherg.az portalına istinadən.

"Sahura qalxmağa ehtiyacım yoxdur, aclığa dözə bilərəm, bədənim öyrəşib, sahursuz rahat oruc tuta bilərəm” deyirsinizsə... diqqətli olun! 

Sherg.az xəbər verir ki, türkiyəli qidalanma və Pəhriz Mütəxəssisi Aybala Dönmez sağlam və balanslı sahur vərdişinin Ramazan boyu insanı daha enerjili və sağlam tutacağını ifadə edərək sahurda sağlam qidalanma üçün 6 məsləhəti açıqlayıb:


1-Sizi tox saxlayan qidalara üstünlük verin

Sahurda pendir, pomidor, xiyar, qatıq, dənli çörək, qoz, badam və zeytun yağı kimi liflə, zülalla zəngin və sağlam yağlar olan qidaların qəbulu toxluq hissi verir və uzun sürən aclığa qarşı durmağı asanlaşdırır. Həmçinin tərəvəzlər, meyvələr, tam taxıllar və paxlalılar həzmi ləngidən və toxluq hissini artıran liflə zəngindir. 


2- Yağlı və şəkərli qidalardan uzaq durun

Sahur zamanı yağlı və şəkərli qidaların qəbulu həzm sistemini gərginləşdirir və mədə problemlərinə səbəb olur. Bundan əlavə, bu növ qidalar qan şəkərinin səviyyəsinin yüksəlməsinə və sonra düşməsinə səbəb olur ki, bu da sizi daha tez ac edir və gün ərzində yorğunluğa,  baş ağrılarına səbəb olur. 


3-Protein qaynaqlarını istehlak edin

Zülalla zəngin qidalar sizi uzun müddət tox saxlayır və enerji səviyyənizi artırır. Yumurta, pendir, qatıq, süd və paxlalılar kimi zülal mənbələri sahur üçün ideal qidalardır.


4-Kompleks karbohidratlara üstünlük verin

Qan şəkərini tez yüksəldən ağ çörək və ya xəmir məmulatları yerinə tam buğda çörəyi, yulaf və qəhvəyi düyü kimi kompleks karbohidratlar həzmi ləngidir və uzun müddət tox saxlayır. Bu növ qidalar tərkibindəki liflə qan şəkərini tarazlaşdırmağa və toxluğu uzatmağa kömək edir.


5- Bol su için

Bədənin su ehtiyacını ödəmək üçün sahurda ən az 2-3 stəkan su içmək çox vacibdir. Sahurda istehlak edilən su gün ərzində baş verə biləcək susuzluğun qarşısını alır. Sahur zamanı qəhvə, çay və ya kofeinli içkilərin qəbulu sidikqovucu xüsusiyyətlərinə görə oruc zamanı daha çox su itkisinə səbəb olur. Bu səbəbdən su , kofeinsiz içkilər və ya bitki çayları daha yaxşı seçim olardı. Həmçinin, iftardan sahurun ​​sonuna qədər nizamlı olaraq 2 litr su istehlak etməyə diqqət edin.


6-Həddindən artıq duzdan uzaq durun

Sahurda həddindən artıq duzlu qidalar (zeytun, duzlu pendir) istehlak etmək orqanizmdə su itkisinə səbəb olur və susuzluq hissini artırır. Ona görə də duz qəbulunuzu məhdudlaşdırın.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Mart 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri