Icma.az
close
up
RU
“Axşam yeməyi yeyib yatıram” deməyin! Sahur vərdişi üçün 6 məsləhət

“Axşam yeməyi yeyib yatıram” deməyin! Sahur vərdişi üçün 6 məsləhət

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

"Sahura qalxmağa ehtiyacım yoxdur, aclığa dözə bilərəm, bədənim öyrəşib, sahursuz rahat oruc tuta bilərəm” deyirsinizsə... diqqətli olun! 

News24.az xəbər verir ki, türkiyəli qidalanma və Pəhriz Mütəxəssisi Aybala Dönmez sağlam və balanslı sahur vərdişinin Ramazan boyu insanı daha enerjili və sağlam tutacağını ifadə edərək sahurda sağlam qidalanma üçün 6 məsləhəti açıqlayıb:

1-Sizi tox saxlayan qidalara üstünlük verin

Sahurda pendir, pomidor, xiyar, qatıq, dənli çörək, qoz, badam və zeytun yağı kimi liflə, zülalla zəngin və sağlam yağlar olan qidaların qəbulu toxluq hissi verir və uzun sürən aclığa qarşı durmağı asanlaşdırır. Həmçinin tərəvəzlər, meyvələr, tam taxıllar və paxlalılar həzmi ləngidən və toxluq hissini artıran liflə zəngindir. 

2- Yağlı və şəkərli qidalardan uzaq durun

Sahur zamanı yağlı və şəkərli qidaların qəbulu həzm sistemini gərginləşdirir və mədə problemlərinə səbəb olur. Bundan əlavə, bu növ qidalar qan şəkərinin səviyyəsinin yüksəlməsinə və sonra düşməsinə səbəb olur ki, bu da sizi daha tez ac edir və gün ərzində yorğunluğa,  baş ağrılarına səbəb olur. 

3-Protein qaynaqlarını istehlak edin

Zülalla zəngin qidalar sizi uzun müddət tox saxlayır və enerji səviyyənizi artırır. Yumurta, pendir, qatıq, süd və paxlalılar kimi zülal mənbələri sahur üçün ideal qidalardır.

4-Kompleks karbohidratlara üstünlük verin

Qan şəkərini tez yüksəldən ağ çörək və ya xəmir məmulatları yerinə tam buğda çörəyi, yulaf və qəhvəyi düyü kimi kompleks karbohidratlar həzmi ləngidir və uzun müddət tox saxlayır. Bu növ qidalar tərkibindəki liflə qan şəkərini tarazlaşdırmağa və toxluğu uzatmağa kömək edir.

5- Bol su için

Bədənin su ehtiyacını ödəmək üçün sahurda ən az 2-3 stəkan su içmək çox vacibdir. Sahurda istehlak edilən su gün ərzində baş verə biləcək susuzluğun qarşısını alır. Sahur zamanı qəhvə, çay və ya kofeinli içkilərin qəbulu sidikqovucu xüsusiyyətlərinə görə oruc zamanı daha çox su itkisinə səbəb olur. Bu səbəbdən su , kofeinsiz içkilər və ya bitki çayları daha yaxşı seçim olardı. Həmçinin, iftardan sahurun sonuna qədər nizamlı olaraq 2 litr su istehlak etməyə diqqət edin.

6-Həddindən artıq duzdan uzaq durun

Sahurda həddindən artıq duzlu qidalar (zeytun, duzlu pendir) istehlak etmək orqanizmdə su itkisinə səbəb olur və susuzluq hissini artırır. Ona görə də duz qəbulunuzu məhdudlaşdırın. /sherg.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Mart 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri