Axtarılan 2 ci sinif şagirdinin Körpü altında meyiti tapıldı
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yardımlı rayonunda evə qayıtmayan şagirdin meyiti kənd ərazisində aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Gendərə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, ikinci sinif şagirdi Əli Neymət oğlu Qurbanov bu gün məktəbdən çıxdıqdan sonra evə qayıtmayıb.
Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb.
Lakin aparılan axtarışlar zamanı azyaşlının cansız bədəni kənd ərazisində yerləşən körpünün altında aşkarlanıb.
İlkin ehtimala görə, uşağın körpüdən yıxılması və suda boğulması nəticəsində həyatını itirdiyi bildirilir.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Bu mövzuda digər xəbərlər:10 cu sinif şagirdinin meyiti tapıldı
02 Mart 2026 11:54
Qubada 9 cu sinif şagirdinin meyiti tapıldı
30 Sentyabr 2026 12:13
Bərdədə həyətdə 9 cu sinif şagirdinin meyiti tapıldı
23 May 2026 10:15
Rusiyada 2 gün axtarılan uşaq evdə divanın altında tapıldı
28 Noyabr 2025 18:50
8 ci sinif şagirdinin cansız bədəni TAPILDI
11 Fevral 2025 04:31
Baxış sayı:57
Bu xəbər 24 Noyabr 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















