Icma.az
close
up
RU
Axtarışa verilən Abbas Abbasov harada gizlənir?

Axtarışa verilən Abbas Abbasov harada gizlənir?

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baş nazirin sabiq müavininin illərdir Azərbaycana qayıtmasına qeyri-rəsmi qadağa vardı, onun sığınacağı ölkə bəllidir... 
Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.
APA xəbər verir ki, cinayət işi üzrə toplanmış materiallar əsasında, baş nazirin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
2013-cü ildə azərbaycanlı oliqarxların şərti adı “Milyarderlər İttifaqı” (Rusiya Azərbaycan Təşkilatları İttifaqı) olan qurumda birləşməsi, onlara “liderliyi” baş nazirin keçmiş müavini Abbas Abbasovun etməsi çoxlarının yadındadır. Bu təşkilat Moskvanın layihəsi və prezident seçkisi ərəfəsində Azərbaycan hakimiyyətinə qarşı təzyiq kimi qiymətləndirilirdi.
İllərdir Rusiyada yaşayan azərbaycanlı milyarderlərə ən müxtəlif kanallarla yaxın olan, Azərbaycanda isə yalnız kinorejissor kimi tanınan Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə Milli Şura təsis edilməsi və “müxalifətin çiyinlərində” prezidentliyə namizədliyinin elan olunması məhz “Milyarderlər İttifaqı”nın qərarı idi. Qurumun əsas “boss”u kimi baş nazirin sabiq birinci müavini Abbas Abbasov təqdim edilirdi.
 

Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olub. 1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri, vəzifələrində işləyib.

1992-ci ildən baş nazirin birinci müavini vəzifəsində çalışıb. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. Sonra “AST Şirkətlər Qrupu”nun vitse-prezidenti olub. 

Abbas Abbasov 2006-cı ildə “İstiqlal” ordeni ilə təltif edilərək hörmətlə yola salındı. Məxfi strukturlar, xüsusilə kəşfiyyatla yaxınlığı şübhə doğurmayan Abbas Abbasov təməlli Rusiyaya yerləşdi və burada yeni planlar qurmağa başladı. A.Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb.

Rusiyadakı Azərbaycan diasporu adı altında pərdələnərək anti-Azərbaycan fəaliyyətə keçdi. Amma əlbəttə ki, hakimiyyət dəyişikliyi kimi ciddi planları Azərbaycanın içində dəstək olmadan həyata keçirmək mümkün deyildi. “Milyarderlər İttifaqı” qurmaqla iş bitmirdi - onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələrini formalaşdırmaq, koordinasiya etmək gərəkirdi. 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafından ibarət tərkibdə formalaşdırılmış Milli Şuranın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında “Milyarderlər İttifaqı”nın Koordinasiya Şurasının üzvü olub.

Azərbaycanda qurulmuş Milli Şura ilə heç nəyə nail olmayan   Abbas Abbasov 2015-ci ildə Milli Şuranın bağlandığını və özünün də siyasətdən getdiyini elan etdi. 

 A.Abbasovun Azərbaycana qayıtmaq qadağası var və  sabiq vitse-primyer 20 ilə yaxındır  “qaçqın həyatı” yaşayır. Abbas Abbasovun oğlu sabiq deputat Aydın Abbasov da uzun illərdir ölkə kənarındadır. Onların bütün bizneslərini  Türkiyə və Rusiyada qurduqları iddia olunur. Abbas Abbasov kimi təcrübəli şəxs “Ramiz Mehdiyev işi” üzrə təqsirləndirilən şəxs elan olunacağını əlbəttə ki, proqnozlaşdırıb. Ona görə Rusiyanın himayəsində daha təhlükəsiz olduğun zənn edən Abbasov bu şimal ölkəsindədir. (Yeni Musavat)    

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Dekabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see129

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see129

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see129

Hava kəskin dəyişir Güclü külək, leysan...

29 Sentyabr 2026 08:37see128

Aralarında yaranan pul borcu faciə ilə bitdi TƏFƏRRÜAT VİDEO

29 Sentyabr 2026 09:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri