Icma.az
close
up
RU
Axundzadənin sürətli açılmalar ı bizi xilas etdi Aslan Kərimov

Axundzadənin sürətli açılmalar ı bizi xilas etdi Aslan Kərimov

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u mübarizədən kənarlaşdıran "Qarabağ" (3:1, 2:3) turnirin Liqa mərhələsində oynamaq hüququ qazandı. Tanınmış futbol mütəxəssisi, Ağdam təmsilçisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov ilə əlaqə saxlayıb dünən Bakıda baş tutan cavab oyunu haqda fikirlərini bölüşməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bütün azarkeşləri, futbol camiəsini təbrik edirəm. "Qarabağ"ın Avropanın top səviyyəli klubları ilə oyunlarını görmək imkanımız olacaq. 

Emosiaları bir kənara qoysaq, rəqib bizi bu oyunda üstələdi. Bizə qarşı yüksək pressinqlə başladılar. Demək olar ki, Macarıstandakı oyunun ilk yarısı ilə Bakıdakı eyni idi. Onu deyim ki, birinci hissədə Nəriman Axundzadənin sürətli "açılmalar"ı bizi xilas etdi. Düzdür, "Ferentsvaroş"un müdafiəçiləri etibarlı oynayırdılar, amma Nəriman sürətindən, enerjisindən istifadə edib topa "ilişməyi" bacarırdı. Hesabı bərabərləşdirdiyimiz epizodda çox əla bir qol ötürməsi verdi. Nəriman səhnəyə çıxana qədər nə geridən oyun qura bilirdik, nə də cinah ötürmələrimiz alınırdı. Ara-sıra Kadi ilə Marko Yankoviç gözə dəyir, fərdi ustalıqları hesabına follar alırdılar. Bu da müəyyən qədər oyunun tempini "öldürməyimizə" yardımçı olurdu. Əks-hücumlarımız yaxşı alındığı üçün 2 qol vurub fasiləyə üstün yollandıq. Amma hesab oyuna görə deyildi. İkinci yarıda da rəqib həm meydanın mərkəzində, həm də cinahlarda dominantlıq etdi, buzdən üstün futbol sərgilədi. Onlar cinah müdafiəçiləri ilə mərkəz müdafiəçilərimizin aralarından cərimə meydançamıza "sıza" bilirdilər. Təzyiqi artıraraq penalti qazandılar və hesabı bərabərləşdirdilər. Toral Bayramovu da keçirdilər, Mateuş Silvanı da. Daha bir həmlə ilə cərimə zərbəsi qazanıb hesabda önə keçdilər. Bunadək başqa epizodları da olmuşdu. Biz də Yankoviçlə, Kadi ilə real qol vəziyyətləri yaxaladıq. Əfsuslar olsun ki, ikinci hissədə fərqlənə bilmədik. Boşa verdiyimiz epizodlardan danışırıqsa, Emmanuel Addainin yanlış son qərarlarını da vurğulamalıyıq. 

Açığı, bir qədər də bəxtimiz gətirdi. Qapıçımız Mateuş Koxalskinin möhtəşəm qurtarışını qeyd etməmək olmaz. "Qarabağ"ın cərimə zərbəsindən buraxdığı qolda onun günahı yox idi. Zərbə həqiqətən əla alındı, top "doqquzluğ"a getdi. Koxalski bir neçə epizodda soyuqqanlılıq nümayiş etdirdi, uğurlu seyvlərlə diqqət mərkəzinə düşdü.

Səhvləri bir kənara qoysaq, "Qarabağ"ın oyunçularının əzmkarlığına alqış düşür. Hamısı meydanda döyüşdülər. "Qaçmaq istəmirəm" deyən olmadı və bu mübarizlik ÇL-in əsas mərhələsinə yüksəlməyimizlə nəticələndi.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://fanat.az
archiveBu xəbər 28 Avqust 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri