“Ayaks”ın sabiq futbolçusu Şota Arveladze: “Qarabağ”ı Amsterdam klubu ilə oyunda daha şanslı görürəm”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ” Avropada özünü sübut etməyi bacarıb”.
Bu sözləri Niderlandın “Ayaks” komandasının sabiq futbolçusu Şota Arveladze keçmiş klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ”la keçirəcəyi oyunla bağlı danışarkən deyib.
Hazırda Amsterdam təmsilçisinin yaxşı durumda olmadığını söyləyən 52 yaşlı mütəxəssis Azərbaycan çempionunun daha şanslı olduğunu bildirib.
“Ayaks”ın Çempionlar Liqasında xalı yoxdur. Komanda özünü toparlamağa məcburdur. Heyətinin pis olduğunu söyləyə bilmərəm. Yaxşı gənc oyunçuları var. Lakin hazırkı durumda “Qarabağ” daha yaxşı formadadır. Onlar doğma meydanda oynayacaqlar. Bu da əlavə üstünlükdür. Hesabın necə olacağına indidən demək çətindir”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
O, Ağdam klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki şanslarını da dəyərləndirib: “Hazırkı durumda yeddi xal var. Bundan sonra da xallar qazanılmalıdır. Nəticədən asılı olmayaraq, “Qarabağ”ın bura qədər gəlməsi böyük uğurdur”.
Ş.Arveladze indiyədək bir dəfə Azərbaycandan təklif aldığını deyib: “Bu da iki il əvvəl “Neftçi”dən gələn təklif idi”.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq “Qarabağ”-“Ayaks” görüşü saat 21:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 05 Dekabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















