Ayan Həsənova: “Məhsul bayramı” bizə əylənmək və yeni bacarıqlar qazanmaq imkanı yaradır
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 29 oktyabr, AZƏRTAC
ADA Məktəbində keçirilən ənənəvi “Məhsul bayramı” şagirdlərə həm əylənmək, həm də yeni bacarıqlar qazanmaq imkanı yaradır.
Bunu ADA Məktəbinin şagirdi Ayan Həsənova AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, əvvəllər 6 nömrəli məktəbdə təhsil alıb, hazırda isə ADA Məktəbində oxuyur və məktəbin mühitini çox bəyənir.
Ayanın sözlərinə görə, “Məhsul bayramı” uşaqlara məhsullarını təqdim etməyi, satış həyata keçirməyi və alıcılarla ünsiyyət qurmağı öyrədir. Bu baxımdan tədbir həm maraqlı, həm də faydalı təcrübədir.
Şagird qeyd edib ki, festivalda ən çox dostlarının hazırladığı əl işləri diqqətini çəkib. Xüsusilə oyuncaq televizorlar, müxtəlif yumşaq oyuncaqlar və digər maraqlı əl işlərini bəyəndiyini bildirib.
Ayan Həsənova hesab edir ki, Məhsul Bayramının əsas məqsədlərindən biri uşaqlara satış bacarıqlarını öyrətmək, onları təşəbbüskarlığa həvəsləndirmək və xeyriyyəçilik fəaliyyətinə cəlb etməkdir.
Müxbir - Tünzalə Arazlı
Fotoqraf - Orxan Kərimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 30 Oktyabr 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















