Vasif Ayan: Mərhum sənətçimizlə xatirələrimi Ənvər Həsənova vida kitabında nəşr etdirdim
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ənvər Həsənovla bir neçə il idi dostluq münasibətində idik. O həmişə bizə ən yaxın sonuncu dostlarım deyirdi. Hər həftəsonu onlarda olurdum. Çox çalışdım ki, tez bir zamanda "Ənvər Həsənova vida" kitabının nəşr elətdirim. Qismət isə bu günə, mərhum sənətkarımızın 40 məclisinə imiş".
Bu sözləri Oxu.Az-a mədəniyyət yazarı, kino araşdırmaçı Vasif Ayan Xalq artisti Ənvər Həsənovun 40 mərasimi zamanı verdiyi açıqlamasında bildirib.
O qeyd edib ki, Ənvər Həsənov ilə görüşdəki bütün xatirələri bu kitabda yazıb:
"Ənvər bəy barəsində iki kitab nəşr etdirmişəm: "Ənvər Həsənovun xatirələri" və "Ənvər Həsənova vida".
Mən onun üç mərasimində təsirlənərək bir yazı yazmışdım, o yazı geniş olduğu üçün qərara gəldim ki, bunu bir kitab halına salım. Maliyyə cəhətdən bütün dostlar kömək etdilər və bu gün 40 mərasiminə kitab hazır olub.
Ənvər bəy ilə mən özümdə ruh yaxınlığı hiss etmişdim. Ona görə də onunla həmişə zəngləşib görüşürdüm. "Uşaqlığın son gecəsi" filmində mən onun sənətkarlığına vurulmuşdum".
Aygün Mirakif
Baxış sayı:105
Bu xəbər 26 Aprel 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















