Ayanın qızı ilə bağlı sözləri kövrəltdi “20 yaşında...”
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Müğənni Ayan Babakişiyeva sosial şəbəkələrdə son günlər geniş yayılan 80-ci illər fotoları trendinə münasibət bildirib.
"Yeni Sabah" xəbər verir ki, sənətçi paylaşımında keçmişə qayıdış hissindən, illərin necə sürətlə keçməsindən və qızı Selena ilə bağlı arzularından söz açıb.
Ayan Babakişiyeva süni intellekt vasitəsilə hazırlanan nostalji görüntülərin onda fərqli hisslər yaratdığını qeyd edib. O, xüsusilə qızının gələcəyini düşündüyünü və illər sonra onun uğurlarını görmək istədiyini vurğulayıb. pizza mizza
Müğənninin paylaşımı belə olub:
“Nostalji hisslər insanı uzaq keçmişə götürdüyü zaman düşünürsən ki, nə olur-olsun, ən doğman yanında olsun. Kiminin sevdiyi, kiminin övladı, kiminin valideyni... Bu gün isə baxıram ki, süni intellekt o qədər bizi keçir ki, onun sürətinə çata bilmirik. Bir şeyi anladım: ən son şəkildə Selenanı 20 yaşında görmək məni çox kövrəltdi. Həm fəxr edirəm, həm də gələcəkdə belə illər sonra onun özünü tam təsdiq etdiyini, öz ayaqları üstündə durduğunu görüb fəxr edərək “Bu mənim qızımdır” demək istəyirəm”.
Baxış sayı:157
Bu xəbər 10 Sentyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















