Ayaqqabı səhvinə görə yarım milyon baxılan anons silindi
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Türkiyənin məşhur “Uzak Şehir” serialının 70-ci bölümünün həyəcan dolu finalından sonra yayımlanan anonsu qısa müddət sonra silinib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yarım milyondan çox izlənən anonsdakı Cihanın Alyanı xəstəxanaya apardığı səhnə xüsusi diqqət çəkib.
Anons silinib yenidən yükləndikdə, diqqətli izləyicilər dərhal bir uyğunsuzluq aşkar edib.
Belə ki, Cihanın Alyanı qucağında apardığı səhnədə ayaqqabılarının dəyişdiyi məlum olub.
Orijinal versiyada görünən hündürdaban ayaqqabılar, yenidən yüklənən videoda çəkmələrlə əvəz olunub.
Sosial şəbəkələrdə geniş müzakirə olunan həmin səhnəyə izləyicilər belə şərhlər yazıb:
“Yeganə qüsurunuz bu olsun!”, “Buna görə bütün o izlənmə və aktivliyi silib atdınız...”, “Həqiqətənmi treyleri sırf səhv ayaqqabılar göründüyü üçün sildiniz? Zarafat edirsiniz?”, “Biz buna heç fikir verməzdik belə — nə qədər izlənmə boşa getdi!”, “Yarım milyon izlənmə yoxa çıxdı — çox heyf!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 28 Oktyabr 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















