ABŞ də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Vaşinqton, 4 noyabr, AZƏRTAC
ABŞ-də keçirilən aralıq seçkilərində səslərin hesablanması davam edir.
AZƏRTAC xəbər verir ki, ilkin nəticələrə əsasən, Demokratlar Partiyasının Senatda artıq 100 yerdən 51-i üzrə qalib gəldiyi təsdiqlənib.
Seçkilərdə Nümayəndələr Palatasının bütün 435, Senatın isə 35 yeri uğrunda mübarizə aparılır. Eyni zamanda, 36 ştatda qubernator seçkiləri keçirilir.
“Associated Press” agentliyinin son məlumatlarına əsasən, demokratlar Texas, Şimali Karolina, Cənubi Karolina, Kanzas, Ayova və Ohayo ştatlarında respublikaçıların nəzarətində olan Senat yerlərini qazanıblar.
Nümayəndələr Palatasında isə demokratların ən azı 218 yer əldə edərək çoxluğu təmin edəcəyi proqnozlaşdırılır. Hazırkı nəticələrə əsasən, respublikaçılardan 99, demokratlardan 158 nümayəndə qalib elan olunub.
Qeyd edək ki, seçkilərdən əvvəl 59 milyondan çox amerikalı erkən səsvermədə iştirak edib. Seçki günü səs verənlərlə birlikdə ümumi iştirakçıların yekun sayı hələ açıqlanmayıb.
ABŞ-də səslərin hesablanması davam edir və bəzi ştatlarda yekun nəticələrin müəyyənləşməsi bir neçə gün çəkə bilər.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 04 Noyabr 2026 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















